Qubada kişi otbiçən mişarla qadının əlini kəsdi
09 Oktyabr 2026, 23:49
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
1426
23.10.2025, 10:30
Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin ağır ittihamlarla cinayət məsuliyyətinə cəlb edilməsi uzun illər onun ətrafında olmuş şəxsləri yenidən gündəmə gətirib.
Oxu24.com "Qafqazinfo"ya istinadla xəbər verir ki, R.Mehdiyevə xidmət etmiş "Baku Steel Company"nin keçmiş rəhbəri Rasim Məmmədov da həmin təsir sisteminin içində yer almışdı.
Bu yaxınlıq onu metallurgiya sahəsində tanınmış iş adamına çevirsə də, xilas edə bilmədi. 2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Rasim Məmmədovu həbs etdi.
Məmmədov artıq 4 ildir həbsdədir. Mənimsəmə, dələduzluq və başqa cinayətlərinə görə hələ 10 ilə yaxın da həbsdə qalmalı olacaq.
Ramiz Mehdiyev yaxın adamını necə həbs etdirib?
Ramiz Mehdiyev onu da satdı
2020-ci ilin sonlarında artıq Ramiz Mehdiyevin ailəsi Rasim Məmmədovdan üz çevirdi. Əvvəlcə onun oğlu Teymur Mehdiyev və kürəkəni İlham Əliyev Rasim Məmmədovdan şikayət etdilər. Onlar ərizələrində göstəriblər ki, R.Məmmədov birindən 4 milyon, digərindən isə 3.5 milyon dollar mənimsəyib. Mehdiyev ailəsi illərlə o dövrlərdə metalurgiya sahəsini öz inhisarında saxlayan zavoddan gələn pullar hesabına özlərinə yeni bizneslər qurdular.
Uzun müddət Ramiz Mehdiyevin "çətiri" altında fəaliyyət göstərmiş iş adamı sonradan öz məhkəmə proseslərində bu münasibətdən açıq şəkildə danışmağa başladı: "Mən yediyim qaba tüpürməmişəm. Ramiz Mehdiyevi atam qədər istəyirdim. Pis günündə yanında olmuşam. İşdən sonra onu gəzdirmişəm, xəstə olub, yanına getmişəm".
O, vəkillərinin vəsatətinə qarşı çıxaraq "ağsaqqalı"nın məhkəmədə dindirilməsinə belə razılıq verməsə də, Mehdiyev "Mən özüm bilirəm hərəkətim və mənəviyyatım nədən ibarətdir. Biz hüquqi dövlətdə yaşayırıq, hər kəs törətdiyi əmələ görə cavab verəcək", - deməklə onunla məsafə saxladı.
Ramiz Mehdiyev yaxın adamını necə həbs etdirib?
Sonuncu plan da alt-üst oldu
Ramiz Mehdiyevin qızı Kamilə Əliyeva ilə Rasim Məmmədovun həyat yoldaşı Mehriban Məmmədova daha sonra üzərinə həbs qoyulmuş "Baku Oksford Məktəbi" uğrunda mübarizə aparmağa başladılar.
Tərəflər məktəbdə pay hüquqlarının onlara məxsus olduğunu iddia etsələr də, məhkəmələr binanın "Baku Steel Company"dən mənimsənilən vəsaitlə inşa olunduğunu təsdiqlədi. Nəticədə bina dövlət nəfinə müsadirə edildi.
İndi isə vəziyyət dəyişib - Rasim Məmmədov illərdir həbsdə yatır, Ramiz Mehdiyev isə ev dustaqlığındadır. Ona qarşı dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirməyə yönələn hərəkətlərdən əlavə, cinayət yolu ilə qazanılmış pulların leqallaşdırılması ittihamı da irəli sürülüb. Məhz bu epizod üzrə Rasim Məmmədov da şahid qismində dindirilə bilər. Onun nələri etiraf edəcəyini isə indidən maraq doğurur.
Ramiz Mehdiyevin özünün də dediyi kimi: "Hər kəs törətdiyi əmələ görə cavab verəcək".
02:13 / 10 Oktyabr 2026
1
00:16 / 10 Oktyabr 2026
71
23:59 / 09 Oktyabr 2026
89
23:57 / 09 Oktyabr 2026
1739
23:54 / 09 Oktyabr 2026
154
23:51 / 09 Oktyabr 2026
106
23:49 / 09 Oktyabr 2026
74
23:44 / 09 Oktyabr 2026
88
23:39 / 09 Oktyabr 2026
112
23:27 / 09 Oktyabr 2026
717
23:25 / 09 Oktyabr 2026
90
23:22 / 09 Oktyabr 2026
81
23:17 / 09 Oktyabr 2026
74
23:03 / 09 Oktyabr 2026
73
22:57 / 09 Oktyabr 2026
85
22:47 / 09 Oktyabr 2026
83
22:31 / 09 Oktyabr 2026
69
22:27 / 09 Oktyabr 2026
84
22:13 / 09 Oktyabr 2026
106
21:58 / 09 Oktyabr 2026
87
21:54 / 09 Oktyabr 2026
80
21:52 / 09 Oktyabr 2026
88
21:45 / 09 Oktyabr 2026
103
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.