59 yaşlı kişi həyətində iş görərkən öldü
10 Avqust 2026, 14:22
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
565
20.10.2025, 13:54
20.10.2025-ci il tarixində saat 00:20 radələrində xəsarət alması səbəbilə 2 nəfər (kişi) Goranboy Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya edilib.
TƏBİB-dən bildirilib ki, onlara sol qabırğa arası nahiyəsinin deşilmiş, sol bazunun ön səthinin cızılmış yarası diaqnozu təyin edilib.
Pasiyentlərə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıblar.
***
Goranboyda mübahisə zəminində xəsarət yetirmə faktı araşdırılır.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib.
Onun sözlərinə görə, Goranboy Rayon Polis Şöbəsinə müraciət edən Tap Qaraqoyunlu kənd sakini oktyabrın 20-də həmkəndlisi, 28 yaşlı Elvin Alışovun sərxoş vəziyyətdə ona yumruqla xəsarət yetirdiyini bildirib. Müraciət əsasında polis şöbəsində araşdırma aparılır və faktla bağlı müvafiq ekspertiza təyin edilib. Araşdırmanın nəticələrinə uyğun olaraq məsələyə hüquqi qiymət veriləcək.
***
Goranboyda kafedə kütləvi dava zamanı 3 nəfər bıçaqlanıb.
Oxu24.com "Unikal"a istinadən xəbər verir ki, hadisə rayonun Tapqaraqoyunlu kəndində yerləşən kafelərin birində baş verib. Belə ki, kənd sakinləri, 1997-ci il təvəllüdlü Elvin Alışov münaqişə zəminində həmkəndliləri 1973 -ci il təvəllüdlü Zaur Nağıyevə, 1976-cı il təvəllüdlü Elçin Quliyevə və 1993-cü il təvəllüdlü Eltun Alışova bıçaqla xəsarət yetirib.
Yaralılar dərhal xəstəxanaya yerləşdirilib. Onlara yardım edilib, hazırda vəziyyətlərinin normal olduğu bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb.
Faktla bağlı Goranboy rayon Polis Şöbəsində araşdırma aparılır.
17:40 / 10 Avqust 2026
1
17:15 / 10 Avqust 2026
33
16:59 / 10 Avqust 2026
36
16:45 / 10 Avqust 2026
49
16:33 / 10 Avqust 2026
63
16:30 / 10 Avqust 2026
72
16:08 / 10 Avqust 2026
68
15:54 / 10 Avqust 2026
69
15:37 / 10 Avqust 2026
70
15:33 / 10 Avqust 2026
67
15:25 / 10 Avqust 2026
80
15:21 / 10 Avqust 2026
81
15:16 / 10 Avqust 2026
78
15:14 / 10 Avqust 2026
77
14:50 / 10 Avqust 2026
100
14:40 / 10 Avqust 2026
82
14:26 / 10 Avqust 2026
87
14:24 / 10 Avqust 2026
93
14:22 / 10 Avqust 2026
80
13:58 / 10 Avqust 2026
102
13:56 / 10 Avqust 2026
82
13:29 / 10 Avqust 2026
118
13:16 / 10 Avqust 2026
96
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.