Gədəbəydə yol qəzasında qadın ölüb, oğlu xəsarət alıb
14 Oktyabr 2026, 10:42
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
650
24.09.2025, 15:41
Bakıda kafedə çalışan iki qadının davası məhkəmədə yekunlaşıb.
“Qafqazinfo” xəbər verir ki, hadisə 2023-cü ilin yayında Ramana qəsəbəsində yerləşən “Bizim kafe” iaşə obyektində qeydə alınıb.
Dava zamanı qadınlardan birinin başından ağır xəsarət (sağ gicgah sümüyünün sınığı) alması digərinə Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə iş açılmasına səbəb olub.
Araşdırmalar zamanı məlum olub ki, həmin kafedə ofisiant işləyən Zibeydə Kərimova (ad və soyadlar şərtidir) hadisə nəticəsində bədəninin müxtəlif nahiyələrindən çoxsaylı xəsarətlər alıb. Pivə bakalı ilə onun baş və digər nahiyələrinə zərbələr endirən qadın isə 41 yaşlı Tovuz sakini Gültən Cuvarova olub. O isə kafedə müğənni kimi fəaliyyət göstərib.
Qadınlar arasındakı davaya kafenin sahibi Ramazanla sevgili olmaları səbəb olub. Belə ki, Z.Kərimova kişinin onunla birgə olduğu müddətdə müğənni ilə də sevgili olmasını öyrənib. Bundan sonra o, Gültənlə bir neçə dəfə telefonda dalaşaraq mübahisə edib. Hadisə baş verən gün isə Zibeydə gecə saat 00:30 radələrində kafeyə gəlib. O, orada Gültənə hücum edib və qadınlar arasında dava-dalaş başlayıb. Dalaşan qadınları kafenin sahibi Ramazan və onun atası çətinliklə ayırıblar. Hadisə yerinə gələn polis əməkdaşları onları şöbəyə aparıblar.
Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən proses sentyabrın 17-də başa çatıb. Məhkəmədə Gültən ona hücum edən qadına pivə bakalı ilə zərbələr endirmədiyini deyib və onun hansı şəraitdə xəsarət almasını bilmədiyini qeyd edib. Qadın əlbəyaxa mühabisə zamanı dırnağının sındığını da əlavə edib. Əvvəlki ifadələrində şikayətçi olan zərərçəkmiş tərəf də təqsirləndirilən şəxslə oxşar ifadə verib və ondan şikayətçi olmadığını vurğulayıb.
Maraqlı məqam ondan ibarətdir ki, ortada Zibeydənin baş nahiyəsindən xəsarət alması ilə bağlı ekspert rəyi var. Zərərçəkmişin aldığı xəsarətin səbəblərinin araşdırılması üçün materiallar Suraxanı Rayon Prokurorluğuna göndərilib.
Məhkəmə işin hallarını nəzərə alaraq G.Cuvarovaya bəraət verib. Həmçinin onun üzərindəki ev dustaqlığı qətimkan tədbiri də ləğv edilib.
11:07 / 14 Oktyabr 2026
3
11:00 / 14 Oktyabr 2026
29
10:59 / 14 Oktyabr 2026
7
10:59 / 14 Oktyabr 2026
32
10:49 / 14 Oktyabr 2026
52
10:42 / 14 Oktyabr 2026
44
10:42 / 14 Oktyabr 2026
119
10:36 / 14 Oktyabr 2026
816
10:33 / 14 Oktyabr 2026
49
10:28 / 14 Oktyabr 2026
55
10:27 / 14 Oktyabr 2026
61
10:21 / 14 Oktyabr 2026
52
10:14 / 14 Oktyabr 2026
67
10:04 / 14 Oktyabr 2026
64
09:57 / 14 Oktyabr 2026
75
09:56 / 14 Oktyabr 2026
720
09:52 / 14 Oktyabr 2026
66
09:49 / 14 Oktyabr 2026
60
09:48 / 14 Oktyabr 2026
89
09:42 / 14 Oktyabr 2026
65
09:38 / 14 Oktyabr 2026
78
09:36 / 14 Oktyabr 2026
70
09:15 / 14 Oktyabr 2026
1098
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.