Müdafiə Nazirliyində yüksək vəzifəli hərbçi həbs olundu
05 Dekabr 2025, 12:03
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
512
23.09.2025, 12:11
Oxu24.com Ədalət, Hüquq və Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin Elçi.az-a müsahibəsini təqdim edir:
- Qüdrət bəy, son günlərin ən çox müzakirə olunan mövzularından biri Adnan Əhmədzadənin arxasında kimlərin dayanması barədədir...
- Bizim onun həbsi barədə qənaətlərimiz yalnız mətbuatda yayılan məlumatlar və həyat yoldaşının sosial şəbəkədə paylaşdığı Quran ayələrinə əsaslanır. Bu barədə hələ heç bir rəsmi məlumat yoxdur. Məsələnin geniş ictimai rezonans doğurmasının səbəbi isə söhbətin ölkənin imicindən və iqtisadi təhlükəsizliyindən getməsi səbəbindəndir.
İnanıram ki, DTX cinayət işinin istintaqının obyektiv aparılmasını təmin edəcək və bu işdə təqsiri olanlar qanun qarşısında cavab verəcək. Amma onu da demək istəyirəm ki, Adnan Əhmədzadənin yaxın münasibətlərdə olduğu şəxslərin hamısının bu cinayət hadisəsində iştirakını düşünmək və bu barədə danışmaq da çox ədalətsiz və qərəzli yanaşma olardı. Başqa kimlərin rolu olubsa, istintaq bunu aydınlaşdıraq. Bir də təqsirsizlik prizumpsiyası var, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olmayana qədər heç kimi cinayətkar adlandırmaq olmaz, istintaqla məsuliyyətə cəlb olunmuş şəxsləri təqsirləndirilən şəxs adlandırmalıyıq.
- Qüdrət bəy, necə olur ki, belə ağır cinayətlər baş verir və uzun müddət davam edə bilir?
Həmçinin oxuyun
- Qanunun aliliyinin təmin olunduğu inkişaf etmiş ölkələrdə də bu tipli ağır cinayətlər baş verir, amma onların ifşa olunması daha tez baş verir. Biz cəzanın labüdlüyü prinsipini tam təmin edə bilməmişik. İnsanlar düşünürlər ki, onlar hansısa yolla məsuliyyətdən yaxa qurtara biləcəklər. İkincisi, parlamentin, medianın və qeyri-hökumət təşkilatlarının ölkəmizdə nəzarətin və şəffaflığın təmin olunması istiqamətindəki fəaliyyəti də yetərli deyil. Parlamentin birbaşa büdcə vəsaitlərinin xərclənməsinə, dövlət müəssisələrinin maliyyə fəaliyyətinə nəzarət etmək hüququ qanunla nəzərdə tutulmayıb. Deputatların kommersiya sirlərinə çıxışı belə qanunla qadağan olunub. Ona görə böyük özəlləşdirməyə getmədən və kompleks məhkəmə-hüquq və dövlət idarəetməsi ilə əlaqədar islahatlar aparmadan bu cür cinayətlərə qarşı effektli mübarizə təşkil etmək və vaxtında cinayətkarları ifşa etmək çox çətin bir vəzifə olaraq qalacaq.
- Hakimiyyətdaxili qruplaşmalar və intriqalar barədə deyilənlərə münasibətiniz necədir?
- Ən inkişaf etmiş cəmiyyətlərdə də bu kimi hallara rast gəlinir. Amma bunun nəzarətdən çıxmasına imkan vermək olmaz. Zaman-zaman biz müşahidə etmişik ki, hakimiyyətdə kimlərsə ətrafında QHT nümayəndələrini, mətbuatı, deputatları, ayrı-ayrı partiyaları, yaxud partiya funksionerlərini cəmləyib özünü böyük güc kimi təqdim edib hakimiyyətdə mövqelərini gücləndirmək, Prezidenti onunla hesablaşmağa məcbur etmək, xoşlamadıqlarını ləkələyib hakimiyyətdən qovmaq kimi böyük iddialara düşüblər. Yaxud kimlərsə Prezidenti müdafiə etmək üçün hər cür fədakarlığa hazır olan adamları müxtəlif vasitələrlə özündən asılı vəziyyət salmaq, əmlaklarını ələ keçirmək və ya daha böyük iddialara düşüblər. Müəyyən bir zaman kəsiyində buna nail olsalar da, sonda onların heç birinin - nə təşkilatçıların, nə bu oyunlara qoşulanların - aqibəti yaxşı olmayıb. Amma tarix öyrədir ki, o, heç nə öyrətmir.
İdarəetmədə islahatlar həm də bu cür neqativ halların qarşısını almaq üçün zəruridir. Bu cür intriqalardan çox vaxt günahsız insanlar əziyyət çəkir, ölkənin inkişafı ləngiyir.
12:03 / 05 Dekabr 2025
139
11:55 / 05 Dekabr 2025
18
11:48 / 05 Dekabr 2025
29
11:42 / 05 Dekabr 2025
110
11:36 / 05 Dekabr 2025
63
11:33 / 05 Dekabr 2025
64
11:17 / 05 Dekabr 2025
566
11:14 / 05 Dekabr 2025
38
11:00 / 05 Dekabr 2025
119
10:52 / 05 Dekabr 2025
37
10:46 / 05 Dekabr 2025
55
10:44 / 05 Dekabr 2025
39
10:34 / 05 Dekabr 2025
218
10:30 / 05 Dekabr 2025
278
10:18 / 05 Dekabr 2025
48
10:15 / 05 Dekabr 2025
41
10:13 / 05 Dekabr 2025
73
10:10 / 05 Dekabr 2025
52
09:35 / 05 Dekabr 2025
845
00:28 / 05 Dekabr 2025
96
00:24 / 05 Dekabr 2025
108
00:20 / 05 Dekabr 2025
79
00:17 / 05 Dekabr 2025
101
00:11 / 05 Dekabr 2025
73
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.