Şəmkirdə 30 yaşlı kişi toydan sonra bıçaqlandı
13 Oktyabr 2026, 00:38
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
576
15.09.2025, 15:50
Alim Arif Acaloğlunu avtomobillə vurub öldürməkdə təqsirləndirilən tanınmış həkim Azər Maqsudovun məhkəmə prosesi keçirilib.
"Report"un məlumatına görə, Sabunçu Rayon Məhkəməsində hakim Teymur Həsənovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkən tərəfin vəkilləri vəsatət qaldıraraq prosesin qapalı keçirilməsini xahiş ediblər.
Onlar bildiriblər ki, məsələnin mediada işıqlandırılması mərhum Arif Acaloğlunun ailə üzvlərini narahat edir.
Təqsirləndirilən Azər Maqsudov da vəsatətin təmin edilməsini xahiş edib. Dövlət ittihamçısı öz növbəsində vəsatətin təmin olunmasına etiraz etməyib.
Məhkəmə vəsatəti təmin edib, bundan sonrakı proseslər qapalı keçiriləcək.
Xatırladaq ki, qəza 2023-cü ilin noyabrında Sabunçu rayonu ərazisində baş verib.
Qeyd edək ki, Azər Maqsudov Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiridir.
A.Maqsudova Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması - ölümlə nəticələndikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Onun barəsində istintaq dövrü müddətində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.
03:05 / 13 Oktyabr 2026
687
01:20 / 13 Oktyabr 2026
148
00:44 / 13 Oktyabr 2026
1542
00:38 / 13 Oktyabr 2026
226
00:35 / 13 Oktyabr 2026
1215
00:33 / 13 Oktyabr 2026
165
00:13 / 13 Oktyabr 2026
205
00:08 / 13 Oktyabr 2026
458
00:07 / 13 Oktyabr 2026
289
00:05 / 13 Oktyabr 2026
237
23:56 / 12 Oktyabr 2026
127
23:49 / 12 Oktyabr 2026
272
23:46 / 12 Oktyabr 2026
1218
23:32 / 12 Oktyabr 2026
161
23:25 / 12 Oktyabr 2026
145
23:17 / 12 Oktyabr 2026
394
23:16 / 12 Oktyabr 2026
157
23:14 / 12 Oktyabr 2026
272
23:04 / 12 Oktyabr 2026
108
23:04 / 12 Oktyabr 2026
1506
23:01 / 12 Oktyabr 2026
167
22:54 / 12 Oktyabr 2026
167
22:43 / 12 Oktyabr 2026
179
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.