Bakıda qanlı hadisə: Yaralı və tutulanlar var
15 Oktyabr 2026, 11:04
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
909
06.09.2025, 11:21
DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi paytaxt və bölgələrdə xüsusi əməliyyatlar keçirib.
DİN-in Mətbuat xidmətindən Oxu24.com-a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi vətəndaşların qanuni mənafelərinin qorunması, paytaxt və bölgələrdə kriminogen duruma nəzarət, o cümlədən odlu silah-sursat əldə edib saxlama, habelə narkotik vasitə və psixotrop maddələrin qeyri-leqal dövriyyəsinin qarşının alınması istiqamətində əməliyyatlar keçirib.
Tədbirlər zamanı cinayət törətməyə meyilli, o cümlədən kriminal həyat tərzinin təbliği ilə məşğul olan, ayrı-ayrı şəxslərdən hədə-qorxu ilə pul tələb edən və odlu silah-sursat saxlayan 20-dən artıq şəxs saxlanılıb. Onlardan xeyli sayda “Kalaşnikov” avtomatı, “Makarov” və digər markadan olan tapançalar, habelə müxtəlif çaplı patronlar aşkarlanıb.
Həmçinin, Baş İdarə əməkdaşları tərəfindən vətəndaşların narkotiklərin ziyanlı nəticələrindən qorunması, həmin vasitələrin daşınmasının qarşısının alınması, bu işin sərhədyanı bölgələrdə daha da gücləndirilməsi və xüsusən paytaxt ərazisində satışının qarşısının alınması məqsədi ilə də əməliyyatlar keçirilib. Sonuncu əməliyyatlar zamanı ümumilikdə 142 kiloqram müxtəlif adda narkotik vasitə qeyri-leqal dövriyyədən çıxarılıb, narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 3 mütəşəkkil dəstənin üzvləri, habelə qeyd edilən cinayətlərdə təqsirli bilinən 7 şəxs saxlanılıb. Narkotiklərlə əlaqəli başlanan 10 cinayət işi üzrə zəruri istintaq hərəkətləri aparılır.
11:29 / 15 Oktyabr 2026
1
11:25 / 15 Oktyabr 2026
25
11:16 / 15 Oktyabr 2026
41
11:14 / 15 Oktyabr 2026
38
11:04 / 15 Oktyabr 2026
65
11:00 / 15 Oktyabr 2026
45
10:57 / 15 Oktyabr 2026
52
10:52 / 15 Oktyabr 2026
69
10:45 / 15 Oktyabr 2026
47
10:42 / 15 Oktyabr 2026
65
10:40 / 15 Oktyabr 2026
82
10:35 / 15 Oktyabr 2026
70
10:26 / 15 Oktyabr 2026
60
10:24 / 15 Oktyabr 2026
761
10:09 / 15 Oktyabr 2026
69
10:05 / 15 Oktyabr 2026
54
09:56 / 15 Oktyabr 2026
83
09:50 / 15 Oktyabr 2026
99
09:50 / 15 Oktyabr 2026
61
09:45 / 15 Oktyabr 2026
60
09:35 / 15 Oktyabr 2026
724
09:25 / 15 Oktyabr 2026
72
09:22 / 15 Oktyabr 2026
102
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.