Prokuror 10,5 il cəza istəmişdi, hakim 1,5 il verdi
14 Oktyabr 2026, 18:10
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
1403
27.08.2025, 15:23
Quba-Xınalıq yolunda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb. Rayonun Qalayxudat kəndindən keçən hissəsində baş verən qəzada bir nəfərin öldüyü, bir nəfərin isə ağır yaralandığı deyilir.
Oxu24.com bizim.media-ya istinadla xəbər verir ki, qəza nəticəsində "Ford" markalı avtomobilin sürücüsü hadisə yerində dünyasını dəyişib. Hazırda onun sıxılmışvəziyyətdə olan meyitinin çıxarılması üçün Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ərazidə işləyirlər.
Əldə olunan digər məlumata görə, qəzaya düşən avtomobil Qrız kəndinə film çəkilişi üçün yollanan texniki heyətə məxsus olub. Nəqliyyat vasitəsində sanitar təyinatlı avadanlıqlar da daşınırmış. Bildirilir ki, sözügedən film Yaponiyadan olan tərəfdaşlarla birgə çəkilir.
Qəza zamanı avtomobildə olan şəxslərdən biri dərəyə düşüb və o, təcili tibbi yardım vasitəsilə Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
İlkin ehtimallara görə, qəza dumanlı hava şəraitində sürücünün idarəetməni itirməsi nəticəsində baş verib. Avtomobil təxminən 100 metr hündürlükdən dərəyə yuvarlanıb.
Hadisə ilə bağlı Quba Rayon Polis Şöbəsində araşdırma aparılır.
21:38 / 14 Oktyabr 2026
20
21:38 / 14 Oktyabr 2026
48
21:34 / 14 Oktyabr 2026
23
21:28 / 14 Oktyabr 2026
29
21:25 / 14 Oktyabr 2026
28
21:19 / 14 Oktyabr 2026
41
21:13 / 14 Oktyabr 2026
48
20:56 / 14 Oktyabr 2026
60
20:55 / 14 Oktyabr 2026
68
20:50 / 14 Oktyabr 2026
180
20:47 / 14 Oktyabr 2026
67
20:44 / 14 Oktyabr 2026
57
20:33 / 14 Oktyabr 2026
86
20:23 / 14 Oktyabr 2026
59
20:15 / 14 Oktyabr 2026
683
19:57 / 14 Oktyabr 2026
81
19:56 / 14 Oktyabr 2026
66
19:53 / 14 Oktyabr 2026
284
19:47 / 14 Oktyabr 2026
102
19:44 / 14 Oktyabr 2026
87
19:31 / 14 Oktyabr 2026
70
19:27 / 14 Oktyabr 2026
358
19:25 / 14 Oktyabr 2026
63
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.