Prokuror 10,5 il cəza istəmişdi, hakim 1,5 il verdi
14 Oktyabr 2026, 18:10
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
871
27.08.2025, 15:10
Tanınmış eks-hakim: “Uşağı boğaraq öldürən şəxsə ömürlük cəza verdim” - VİDEO
“Hakim işlədiyim dövrdə bir qərarı qəbul etmək mənim üçün çox çətin olub, əziyyət də çəkmişəm”.
Oxu24.com xəbər verir ki,bunu "Kazusmedia" "Youtube" kanalına müsahibəsində sabiq prokuror və məhkəmə hakimi, Vəkillər Kollegiyasının üzvü Mirzə Xankişiyev deyib.
O qeyd edib ki, hakim vəzifəsində çalışdığı dövrdə icraatında olan bir ölüm hadisəsinə görə təqsirləndirilən şəxsə ömürlük cəza verib:
“İşin mahiyyəti bu idi ki, bir nəfər bir ailənin beşinci sinifdə oxuyan uşağını məktəbdən oğurlayıb. Uşaq da həmin şəxsi tanıdığı üçün onunla birlikdə gedib. Onların uzaq qohumluq əlaqələri vardı. Məqsədi isə uşağın atasından pul almaq imiş. Sonra həmin şəxs ağzına parça tutub, uşağın atasına zəng edir ki, “30 min dollar göndər, övladını geri qaytaraq””.
Mirzə Xankişiyev bildirib ki, təqsirləndirilən şəxs qorxduğu üçün ikinci dəfə uşağın atasına zəng vurmayıb:
“Köhnə tikililərin birində o, uşağı məftillə boğaraq öldürüb. Bu, çox dəhşətli bir hadisə idi. Həmin uşaq ailənin yeganə övladı idi. Bu isə o demək idi ki, həmin şəxs bir ailəni məhv elədi”.
Sabiq hakim deyib ki, bu, həmin şəxsin ilk cinayət hadisəsi olmasına baxmayaraq, ona ömürlük azadlıqdan məhrumetmə cəzası verib:
“O, cəmiyyətə yaramayan bir şəxs idi. Həmin şəxsin cəmiyyət içərisində yaşaması məqsədəuyğun deyildi”.
Qeyd: Mirzə Xankişiyev 1991-1993-cü illərdə Sabirabad Rayon Prokurorluğunda baş müstəntiq, 1993-2004-cü illərdə Bakı Şəhəri Əzizbəyov rayon prokurorunun köməkçisi, prokuror-kriminalisti, 2004-2008-ci illərdə Bakı Şəhəri Sabunçu Rayon Prokurorluğunun prokuror-kriminalisti, 2008-2011-ci illərdə Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin hakimi, 2011-2022-ci illərdə isə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi vəzifəsində çalışıb. O, hazırda Vəkillər Kollegiyasının üzvüdür.
21:38 / 14 Oktyabr 2026
19
21:34 / 14 Oktyabr 2026
23
21:28 / 14 Oktyabr 2026
28
21:25 / 14 Oktyabr 2026
28
21:19 / 14 Oktyabr 2026
41
21:13 / 14 Oktyabr 2026
47
21:08 / 14 Oktyabr 2026
48
20:56 / 14 Oktyabr 2026
60
20:55 / 14 Oktyabr 2026
68
20:50 / 14 Oktyabr 2026
177
20:47 / 14 Oktyabr 2026
67
20:44 / 14 Oktyabr 2026
57
20:33 / 14 Oktyabr 2026
86
20:23 / 14 Oktyabr 2026
59
20:15 / 14 Oktyabr 2026
680
19:57 / 14 Oktyabr 2026
81
19:56 / 14 Oktyabr 2026
66
19:53 / 14 Oktyabr 2026
284
19:47 / 14 Oktyabr 2026
102
19:44 / 14 Oktyabr 2026
87
19:31 / 14 Oktyabr 2026
70
19:27 / 14 Oktyabr 2026
358
19:25 / 14 Oktyabr 2026
63
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.