Prokuror 10,5 il cəza istəmişdi, hakim 1,5 il verdi
14 Oktyabr 2026, 18:10
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
1487
27.08.2025, 11:04
Ötən illərdən bağlı qalan qəsdən adam öldürmə cinayətlərinin açılması istiqamətində prokurorluq və daxili işlər orqanlarının səmərəli fəaliyyəti davam etdirilir.
30 il əvvəl baş vermiş qətlin üstü açılıb.
Bu barədə Oxu24.com-a Baş Prokurorluqdan məlumat verilib.
Bakı şəhərinin Suraxanı rayon prokurorluğu və rayon polis idarəsinin əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilən birgə istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində 30 il əvvəl, 1995-ci ilin may ayında paytaxtın hava limanından taksi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən müştəri qismində götürülmüş kişi cinsli şəxsin quldurluqla əlaqədar kəsiçi-deşici alətlə Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində qəsdən öldürülməsi cinayətinin üstü açılmaqla, təqsirləndirilən şəxslərin məsuliyyətə cəlb olunması təmin edilmişdir.
Hazırda iş üzrə zərərçəkmişin şəxsiyyətinin müəyyənləşdirilməsi zərurəti yaranmışdır.
Bununla əlaqədar, Azərbaycan Respublikasının Baş Prokurorluğu zərərçəkmişin şəxsiyyətinin müəyyən edilməsinə dəstək göstərməsi üçün ictimaiyyətə müraciət edir:
Zərərçəkmiş şəxsin fərdi əlamətləri:
-Doğum ili: 1955-1970-ci illər aralığında
-Boy: təxminən 175 sm
-Sol dirsək oynağının ön səthində çapıq izləri
-Sol saidin yuxarı və orta 1/3 hissəsinin ön səthində 11 ədəd köhnə, kənarları hamar çapıqlanmış toxuma izləri
-1995-ci ilin aprel-may aylarında xarici ölkədən (əsasən MDB dövlətləri, o cümlədən Rusiya Federasiyası) hava yolu ilə ölkəyə qayıdıb və həmin dövrdən etibarən itkin düşüb
-MDB dövlətlərində, o cümlədən Rusiya Federasiyasında daimi və ya müvəqqəti yaşayan və yaxud işləmiş
Bu xüsusiyyətlərə uyğun olan və ya belə bir şəxs barədə məlumatı olan şəxslərdən xahiş olunur ki, Bakı şəhər prokurorluğu və ya Suraxanı rayon prokurorluğuna aşağıdakı telefon nömrələri vasitəsilə məlumat versinlər:
-(+994 12) 361 04 06
-(+994 12) 361 04 09
-(+994 12) 361 02 51
-“961 Çağrı Mərkəzi”
Baş Prokurorluq ictimaiyyətə öncədən göstərdiyi diqqət, dəstək və əməkdaşlığa görə dərin təşəkkürünü bildirir. Hər bir vətəndaşın verdiyi məlumatın istintaq prosesinə böyük töhfə verdiyini vurğulayır və aidiyyəti şəxsləri məlumat verməyə çağırır.
22:57 / 14 Oktyabr 2026
55
22:50 / 14 Oktyabr 2026
47
22:42 / 14 Oktyabr 2026
66
22:34 / 14 Oktyabr 2026
62
22:31 / 14 Oktyabr 2026
1006
22:28 / 14 Oktyabr 2026
59
22:25 / 14 Oktyabr 2026
76
22:18 / 14 Oktyabr 2026
70
22:13 / 14 Oktyabr 2026
70
22:00 / 14 Oktyabr 2026
74
21:46 / 14 Oktyabr 2026
84
21:38 / 14 Oktyabr 2026
329
21:38 / 14 Oktyabr 2026
83
21:34 / 14 Oktyabr 2026
86
21:28 / 14 Oktyabr 2026
83
21:25 / 14 Oktyabr 2026
71
21:19 / 14 Oktyabr 2026
73
21:13 / 14 Oktyabr 2026
79
20:56 / 14 Oktyabr 2026
71
20:55 / 14 Oktyabr 2026
97
20:50 / 14 Oktyabr 2026
455
20:47 / 14 Oktyabr 2026
94
20:44 / 14 Oktyabr 2026
67
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.