Gənc oğlan binadan yıxılıb öldü
17 Oktyabr 2026, 15:50
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
1319
22.08.2025, 20:42
Bakıda və bölgələrdə çoxsaylı vətəndaşları İraq Respublikasında yerləşən ziyarətgahlara aparmaq adı ilə aldadaraq pul vəsaitlərini dələduzluq yolu ilə ələ keçirən şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətindən Oxu24.com-a verilən məlumata görə, 43 yaşlı Masallı rayon sakini Rasim Şahbazov “Instagram” sosial şəbəkəsində “Risalət Travel” adlı səhifə yaradaraq insanları ziyarətə aparmaq üçün turlar təşkil etdiyi barədə elanlar yerləşdirib.
Bu yolla o, səhifəyə müraciət edən xeyli sayda zərərçəkənin müxtəlif məbləğlərdə pullarını ələ keçirib. R.Şahbazov aldatdığı şəxslərə verdiyi vədi sonradan yerinə yetirməyib və zərərçəkənləri sosial şəbəkələrdə “bloklayaraq” onlarla olan əlaqələrini dayandırıb.
Faktlarla bağlı Cinayət Məcəlləsinin xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmə maddəsi ilə cinayət işi başlanılıb. R.Şahbazov polis əməkdaşları tərəfindən təqsirləndirilən qismində saxlanılaraq istintaqa cəlb olunub.
Onun barəsində məhkəmənin qərarı ilə 3 ay müddətində həbs qətimkan tədbiri seçilib.
Hazırda zərər çəkmiş digər şəxslərin də dairəsinin müəyyən edilməsi məqsədilə əlavə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Bu şəxsin qanunsuz əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa, polis orqanlarına, DİN “102” Xidməti Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə müraciət edə bilərlər.
16:45 / 17 Oktyabr 2026
49
16:10 / 17 Oktyabr 2026
82
15:50 / 17 Oktyabr 2026
94
15:41 / 17 Oktyabr 2026
81
15:32 / 17 Oktyabr 2026
913
15:19 / 17 Oktyabr 2026
1263
15:17 / 17 Oktyabr 2026
98
15:14 / 17 Oktyabr 2026
138
14:35 / 17 Oktyabr 2026
112
14:30 / 17 Oktyabr 2026
85
14:23 / 17 Oktyabr 2026
662
14:15 / 17 Oktyabr 2026
91
13:55 / 17 Oktyabr 2026
100
13:47 / 17 Oktyabr 2026
334
13:45 / 17 Oktyabr 2026
99
13:40 / 17 Oktyabr 2026
171
13:31 / 17 Oktyabr 2026
106
13:30 / 17 Oktyabr 2026
99
13:25 / 17 Oktyabr 2026
127
13:16 / 17 Oktyabr 2026
186
13:15 / 17 Oktyabr 2026
142
12:55 / 17 Oktyabr 2026
220
12:39 / 17 Oktyabr 2026
851
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.