Bərdə xəstəxanasında dəhşətli olay: Sanitar huşsuz pasiyenti 40 dəqiqə döyüb, hüquq-mühafizə orqanları hərəkətə keçdi
17 Oktyabr 2026, 18:45
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
1304
21.08.2025, 15:39
Dələduzluqda ittiham olunan müğənni Rəqsanə İsmayılova barəsində seçilmiş həbs qətimkan tədbiri barədə qərardan verilən apellyasiya şikayəti üzrə məhkəmə keçirilib.
APA xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub. Qərara əsasən, şikayət təmin edilməyib və məhkəmənin qərarı qüvvədə saxlanılıb.
Qeyd edək ki, avqustun 16-da Sabunçu rayonunda polis əməkdaşlarının vətəndaşlardan daxil olan şikayətlər əsasında həyata keçirdikləri tədbirlər nəticəsində dələduzluq etməkdə təqsirli bilinən 1979-cu il təvəllüdlü İsmayılova Rəqsanə İsmayıl qızı saxlanılıb.
Araşdırmalarla müəyyən edilib ki, o, iki nəfər zərərçəkən şəxsin ümumilikdə 35.000 manat dəyərində qızıl-zinət əşyalarını və 520.000 ABŞ dolları məbləğində pulunu dələduzluqla ələ keçirib.
Qeyd edilən faktlarla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq etmə maddəsi ilə cinayət işi başlanılıb və R.İsmayılova təqsirləndirilən qismində saxlanılaraq istintaqa cəlb olunub. Onun barəsində məhkəmənin qərarı ilə 4 ay müddətində həbs qətimkan tədbiri seçilib.
19:38 / 17 Oktyabr 2026
1
19:32 / 17 Oktyabr 2026
26
19:26 / 17 Oktyabr 2026
30
19:25 / 17 Oktyabr 2026
36
19:15 / 17 Oktyabr 2026
47
19:06 / 17 Oktyabr 2026
56
18:56 / 17 Oktyabr 2026
396
18:51 / 17 Oktyabr 2026
73
18:49 / 17 Oktyabr 2026
91
18:46 / 17 Oktyabr 2026
83
18:45 / 17 Oktyabr 2026
73
18:36 / 17 Oktyabr 2026
68
18:36 / 17 Oktyabr 2026
449
18:21 / 17 Oktyabr 2026
79
18:09 / 17 Oktyabr 2026
67
17:58 / 17 Oktyabr 2026
70
16:45 / 17 Oktyabr 2026
236
16:10 / 17 Oktyabr 2026
170
15:50 / 17 Oktyabr 2026
132
15:41 / 17 Oktyabr 2026
104
15:32 / 17 Oktyabr 2026
1361
15:19 / 17 Oktyabr 2026
2410
15:17 / 17 Oktyabr 2026
129
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.