Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
13706
az

Bakıda kafedə kişini boğub öldürdülər - Qabları yumadığına görə

11:0225 May, 2019
546
KRİMİNAL
  • A
 
Bakının Binəqədi rayonunda növbəti qətl hadisəsi törədilib. Cinayət qurbanı 47 yaşlı kişidir.

Oxu24.com xəbər verir  ki, bu haqda Oxu.Az-a Binəqədi Rayon Polis İdarəsindən məlumat verilib.

Cinayət mayın 24-ə keçən gecə törədilib. Təxminən 08:00 radələrində Koroğlu Rəhimov küçəsində fəaliyyət göstərən kafedə, orada işləyən Naxçıvanın Şərur rayon sakini Sadıqov Zahid Yaqub oğlunun meyiti tapılıb.  

Patoloqoanatomlar qurbanın baş nahiyəsində şüşə əşya ilə endirilmiş zərbələr nəticəsində meydana gələn kəsici yaralar, boyun nayihəsində isə əllə boğma nəticəsində meydana gələn stranqulasiya şırımı aşkarlayıb.

Aparılan cinayət-axtarış tədbirləri nəticəsində rayonun 5-ci polis bölməsinin əməkdaşları kafenin başqa işçisi, 21 yaşlı Laçın rayon sakini Hüseynov Əmrah Xəyal oğlunu saxlayıb.

İlkin dindirilmə zaman A.Hüseynov deyib ki, onunla Z.Sadıqov arasında kimin qabları yumalı olduğu ilə bağlı mübahisə düşüb. Heç bir tərəf güzəştə getməyib və tezliklə mübahisə davaya çevrilərək, faciəvi şəkildə başa çatıb. Ə.Hüseynov K.Saqıqovu boğaraq öldürüb.

Fakt üzrə cinayət işi açılıb, istintaq Binəqədi Rayon Prokurorluğu tərəfindən aparılır.

Qeyd edk ki, mayın 24-nə keçən gecə həmin rayonda başqa bir qətl hadisəsi də qeydə alınıb. 59 yaşlı Xələfov Şamil Şəristan oğlu qaldığı evdə yatan vəziyyətdə qətlə yetirilib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Xaçmazda evdən qadının meyiti tapıldı
Gəncədə 26 yaşlı Məhəbbət QƏTLƏ YETİRİLDİ
İsmayıllıda gənc oğlanın meyiti tapıldı

Sizi təəccübləndirəcək maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tulada qəribə hadisə:Qadın bankda fişəng partlatdı
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Təqaüd düzəltmək adı ilə 400 min manatı ələ keçirən qadına    hökm     oxundu