Qaynar xətt:

(+99450) 247 90 86

Polis “Torqovı”da “Vor v zakone” yazılı köynəklə gəzənləri saxladı

2019-05/1558717234_757697.jpg

KRİMİNAL

749

24.05.2019, 21:01

\"\" Səbail rayonunun Nizami küçəsində (Torqovı) üzərində kriminal avtoritet Rövşən Lənkəranskinin fotoşəkli olan, \"Vor v zakone\" yazılan köynəklərlə gəzən gənclər saxlanılıb.
Oxu24.com xəbər verir ki, bu barədə oxu.az-a DİN-in Mətbuat Xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə məlumat verib. Bildirib ki, hadisə ötən gün baş verib: \"Üç şəxs üzərində müxtəlif yazılar yazılmış köynəklər geyinərək küçədə gəziblər. Dərhal Səbail Rayon polis İdarəsinin Post-patrul Xidmətinin əməkdaşları vəziyyətə müdaxilə edərək həmin şəxsləri 9-cu Polis Şöbəsinə gətirib. İlkin araşdırma zamanı hər üç şəxsin yetkinlik yaşına çatmadığı müəyyən edilib və profilaktik söhbətlər aparılıb. Gələcəkdə də bu cür halların yolverilməzliyi onlara çatdırılıb və sərbəst buraxılıb\".