Masazırda kişi qətlə yetirildi - 43 yaşlı arvadı saxlanıldı
19 Avqust 2026, 12:30
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
305
04.06.2025, 11:15
Paytaxtın Yasamal rayonu Nəriman Nərimanov prospektində ictimai asayişi pozan 26 yaşlı qız inzibati məsuliyyətə cəlb edilib.
Oxu24.com-un məlumata görə, paytaxt sakini F.Adıyev polisə müraciət edərək, 1999-cu il təvəllüdlü V.Nəcəfovanın (şərti soyadlı) “Dark Diamond” restoranının qarşısında onu yüksək səslə söydüyünü və əməllərinə davam etdiyini bildirib.
Hadisə yerinə yaxınlaşan polis əməkdaşı insidentin davam etdiyini görüb və tərəfləri sakitləşdirməyə çalışıb.
Lakin F.Adıyev sakitləşsə də, həmin şəxs əməllərinə davam edib. Heç cür sakitləşməyən xanımı saxlamaq üçün isə əraziyə əlavə polis naryadı dəvət edilib. Müqavimət göstərən və maşını təpikləyən qız saxlanılaraq 26-cı Polis Şöbəsinə aparılıb və barəsində inzibati protokol tərtib edilib.
Daha sonra V.Nəcəfova Yasamal Rayon Məhkəməsinə aparılıb. Məhkəmədə təqsirləndirilən şəxs F.Adıyevlə küçədə arasında mübahisə yarandığını, müdafiə mövqeyi sərgilədiyini, əsəb gərginliyi və təşviş şəraitində reflektiv hərəkətlər etdiyini bildirərək özünü qismən təqsirli bilib.
Məhkəmə 26 yaşlı qızı İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) maddəsi ilə təqsirli bilib. Ona 4 sutka inzibati həbs verilib və müvəqqəti saxlanma yerinə yerləşdirilib.
Qeyd edək ki, oxşar hadisə bir neçə gün əvvəl paytaxtın Nizami rayonundakı “Sherlock Music pub” restoranında da baş vermiş və həmin hadisəyə görə 38 yaşlı qadın 5 sutkalıq həbs olunmuşdu.(qafqazinfo)
15:36 / 19 Avqust 2026
3
15:30 / 19 Avqust 2026
14
15:11 / 19 Avqust 2026
44
15:10 / 19 Avqust 2026
43
14:50 / 19 Avqust 2026
52
14:49 / 19 Avqust 2026
53
14:44 / 19 Avqust 2026
58
14:30 / 19 Avqust 2026
64
14:24 / 19 Avqust 2026
57
14:18 / 19 Avqust 2026
143
14:15 / 19 Avqust 2026
66
14:05 / 19 Avqust 2026
49
13:59 / 19 Avqust 2026
64
13:45 / 19 Avqust 2026
61
13:37 / 19 Avqust 2026
65
13:30 / 19 Avqust 2026
56
13:10 / 19 Avqust 2026
70
13:06 / 19 Avqust 2026
68
12:59 / 19 Avqust 2026
63
12:52 / 19 Avqust 2026
348
12:49 / 19 Avqust 2026
319
12:45 / 19 Avqust 2026
79
12:38 / 19 Avqust 2026
76
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.