Masazırda kişi qətlə yetirildi - 43 yaşlı arvadı saxlanıldı
19 Avqust 2026, 12:30
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
1600
03.06.2025, 20:18
Mayın 30-da Cəlilabad şəhərində münaqişə zəminində baş verən qətl hadisəsi ilə bağlı yeni təfərrüatlar məlum olub.
Oxu24.com xəbər verir ki, Cəlilabad rayon Səttərxan küçəsində yaşayan, 1988-ci il təvəllüdlü Hüseynov Bəhruz Ədalət oğlu yaşadığı ünvanda bıçaqlanaraq qətlə yetirilib.
Bəhruz Hüseynovun həyat yoldaşı Fəridə Hüseynova bildirib ki, yoldaşı axşam saatlarında işdən evə qayıtdıqdan sonra hamam otağından gələn səsləri eşidib. Evdə bacısının qızının da olması səbəbilə əvvəlcə vəziyyətdən şübhələnməyib. Lakin hamamın qapısını açdıqda orada bacısı ilə birlikdə yad bir şəxsi, Göytəpə şəhər sakini, 2006-cı il təvəllüdlü Orxan Əkbərovu görüb.
Aralarında yaranan mübahisə zamanı Orxan Əkbərov cibindən çıxardığı bıçaqla Bəhruz Hüseynovun ürək nahiyəsinə bir zərbə endirib. İkinci zərbəyə isə mərhumun həyat yoldaşı mane olub. Bundan sonra Orxan Əkbərov hadisə yerindən qaçaraq gizlənib.
Ağır yaralanan Bəhruz Hüseynov dərhal Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb Həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Cinayəti törətməkdə şübhəli bilinən Orxan Əkbərov hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilən operativ tədbirlər nəticəsində saxlanılıb.
Hazırda faktla bağlı araşdırmalar davam etdirilir. Məlumata görə, mərhum avtomobil ustası kimi fəaliyyət göstərirdi və ailəli idi. Bəhruz Hüseynov artıq doğulduğu rayonda dəfn olunub. Onun iki övladı var.
Real TV-nin hadisə yerindən hazırladığı reportajı təqdim edirik:
15:54 / 19 Avqust 2026
1
15:45 / 19 Avqust 2026
15
15:36 / 19 Avqust 2026
34
15:30 / 19 Avqust 2026
36
15:11 / 19 Avqust 2026
51
15:10 / 19 Avqust 2026
49
14:50 / 19 Avqust 2026
53
14:49 / 19 Avqust 2026
59
14:44 / 19 Avqust 2026
62
14:30 / 19 Avqust 2026
68
14:24 / 19 Avqust 2026
59
14:18 / 19 Avqust 2026
155
14:15 / 19 Avqust 2026
67
14:05 / 19 Avqust 2026
49
13:59 / 19 Avqust 2026
65
13:45 / 19 Avqust 2026
62
13:37 / 19 Avqust 2026
65
13:30 / 19 Avqust 2026
56
13:10 / 19 Avqust 2026
70
13:06 / 19 Avqust 2026
68
12:59 / 19 Avqust 2026
64
12:52 / 19 Avqust 2026
359
12:49 / 19 Avqust 2026
334
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.