18–24 yaşlı gənclər arasında cinayətlərin statistik mənzərəsi—RƏQƏMLƏR NƏ DEYİR?
13 Dekabr 2025, 20:26
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
251
03.06.2025, 19:12
Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində həbs olunan, mobil telefonlara və digər texniki avadanlıqlara kənardan nüfuz edən proqramlar yaratmaqda, kompüter məlumatlarını qanunsuz ələ keçirməkdə təqsirləndirilən “Zeromap” MMC-in icraçı direktoru Tural Əliyevin cinayət işi üzrə sonuncu məhkəmə prosesi keçirilib.
Oxu24.com xəbər verir ki, bu gün Yasamal Rayon Məhkəməsində hakim Rəşad Cavadzadənin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Tural Əliyevin vəkili məhkəmədən onun etirafedici ifadələrini, evli olduğunu, dövlət əhəmiyyətli işlərdə iştirak etməsini nəzərə almağı, barəsində ədalətli qərar çıxarmasını, həbslə bağlı olmayan cəza verilməsini istəyib.
Son sözlə çıxış edən Tural Əliyev məhkəmədən ədalətli qərar verilməsini istəyib.
Məhkəmə qərar qəbul etmək üçün müşavirə edib.
Həmçinin oxuyun
Müşavirədən qayıdan hakim hökmü elan edib.
Hökmə əsasən, təqsirləndirilən Tural Əliyev 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
Qeyd edək ki, Tural Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.Təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 271.2.1 (kompüter sisteminə qanunsuz daxil olma), 272.2.1 (kompüter məlumatlarını qanunsuz ələ keçirmə) və 273-1.1-ci (kibercinayətlərin törədilməsi üçün hazırlanmış vasitələrin dövriyyəsi) maddələri ilə ittiham irəli sürülüb.
İttihamda deyilir ki, təqsirləndirilən şəxs 4 il ərzində yerli və xarici fiziki və hüquqi şəxslərin mobil telefonlarına və kompüter sistemlərinə müdaxilə edib.
Bundan əlavə, Tural kiberhücumlar nəticəsində xarici şirkətlərin hamıya açıq olmayan məlumatlarına da giriş əldə edib.
01:21 / 14 Dekabr 2025
213
00:52 / 14 Dekabr 2025
258
00:43 / 14 Dekabr 2025
85
00:04 / 14 Dekabr 2025
126
23:47 / 13 Dekabr 2025
729
23:44 / 13 Dekabr 2025
44
23:30 / 13 Dekabr 2025
54
22:45 / 13 Dekabr 2025
317
22:30 / 13 Dekabr 2025
98
22:28 / 13 Dekabr 2025
115
22:22 / 13 Dekabr 2025
124
22:11 / 13 Dekabr 2025
244
21:58 / 13 Dekabr 2025
404
21:34 / 13 Dekabr 2025
1067
21:21 / 13 Dekabr 2025
84
21:19 / 13 Dekabr 2025
113
21:15 / 13 Dekabr 2025
82
21:02 / 13 Dekabr 2025
75
20:49 / 13 Dekabr 2025
379
20:44 / 13 Dekabr 2025
97
20:36 / 13 Dekabr 2025
86
20:26 / 13 Dekabr 2025
81
20:01 / 13 Dekabr 2025
288
19:53 / 13 Dekabr 2025
101
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.