Azərbaycanda həkim HƏBS EDİLDİ
18 Noyabr 2026, 12:32
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
345
02.06.2025, 16:57
Yetkinlik yaşına çatmayan qıza qarşı əxlaqsız hərəkətlər edən şəxs cinayət məsuliyyətinə cəlb edilib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 21 yaşlı Məmmədhəsən Həsənov Cinayət Məcəlləsinin 152.1 və 182.1-ci (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və hədə-qorxu ilə tələb etmə) maddələri ilə təqsirləndirilib. Onun barəsindəki işə Abşeron Rayon Məhkəməsində baxılıb.
Bildirilib ki, Məmmədhəsən orta məktəb şagirdi olan 14 yaşlı Gülbəniz (şərti adlı) ilə sosial şəbəkədə tanış olub və onu sevdiyini bildirib. Daha sonra onlar Abşeron rayonu Digah qəsəbəsi yaxınlığındakı qəbiristanlıqda görüşüblər. Burada Məmmədhəsən Gülbənizə qarşı müxtəlif əxlaqsız hərəkətlər edib.
Bundan bir müddət sonra isə M. Həsənov 9-cu sinif şagirdi olan yeniyetmə qızı şantaj etməyə başlayıb. O, görüş vaxtı Gülbənizlə birgə videosunu çəkdiyini və 100 manat verməyəcəyi təqdirdə həmin görüntüləri yayacağını deyib.
Çıxılmaz vəziyyətdə qalan qız məsələ barəsində polisə məlumat verib və Məmmədhəsənlə görüş təyin edib. 2024-cü ilin dekabrında baş tutan həmin görüş zamanı M.Həsənov saxlanılıb.
Abşeron Rayon Məhkəməsinin ötən həftə çıxardığı hökmlə M.Həsənova 4 il 3 ay həbs cəzası verilib.
12:32 / 18 Noyabr 2026
1
12:28 / 18 Noyabr 2026
21
12:20 / 18 Noyabr 2026
42
12:15 / 18 Noyabr 2026
38
12:10 / 18 Noyabr 2026
69
12:03 / 18 Noyabr 2026
70
12:03 / 18 Noyabr 2026
383
11:49 / 18 Noyabr 2026
143
11:43 / 18 Noyabr 2026
78
11:39 / 18 Noyabr 2026
84
11:35 / 18 Noyabr 2026
89
11:32 / 18 Noyabr 2026
87
11:22 / 18 Noyabr 2026
436
11:19 / 18 Noyabr 2026
110
11:15 / 18 Noyabr 2026
89
11:13 / 18 Noyabr 2026
83
11:11 / 18 Noyabr 2026
634
11:08 / 18 Noyabr 2026
94
10:21 / 18 Noyabr 2026
100
10:18 / 18 Noyabr 2026
110
10:14 / 18 Noyabr 2026
107
10:01 / 18 Noyabr 2026
100
09:11 / 18 Noyabr 2026
134
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.