Sürücü həbs edildi
18 Noyabr 2026, 15:12
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
433
25.05.2025, 00:04
“PİLOT-16” MMC-nin ekskavatorunu “molotov kokteyli” ilə yandıran şəxs məhkəmə zalında həbs edilib. Texnika sahibinə 210 min manat ziyan dəyib.
Musavat.com xəbər verir ki, Bakı şəhəri, Nəsimi rayonu, Novruzov qardaşları küçəsi 55 ünvanında yerləşən və Məhbubə Quliyeva Əli qızının adına olan mənzilin sökünütüsü ilə bağlı aylardır məhkəmə çəkişmələri davam edir.
Mənzil sahibi aralarında razılaşma olmadan şirkətin onlara məxsus evi qanunsuz olaraq sökdüyünü iddia edir. Buna görə tərəflər arasında məhkəmə çəkişməsi var.
Bu məhkəmə çəkişmələri davam edən ərəfədə daha bir insident baş verib. Məhbubə Quliyevanın qardaşı Əsəd şirkətə məxsus ekskavatoru yandırıb.
Bununla da şirkətə 210 min manat maddi ziyan dəyib.
Əsəd ifadəsində bildirib ki, gecə saatlarında şirkətin 10 nəfər işçisi onların evini sökmək istəyən zaman səs-küyə yuxudan oyanıb. Həyətə çıxan zaman işçilər onu görərək “vurun onu” deyib. Bundan sonra həyətə keçərək manqalda olan benzini götürərək üzərinə salfetka bağlayaraq onlara tərəf atıb. Əsədin sözlərinə görə məqsədi ekskavatoru yandırmaq yox, onları qorxutmaq olub.
Zərərçəkmiş tərəfin iddiasına görə dəymiş zərər 210 min manatdır.
Nəsimi Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 3 il müddətinə azadlıqdan məhrum edilib. Ev dustaqlığında olan Əsəd məhkəmə zalında həbs edilib.
15:35 / 18 Noyabr 2026
17
15:32 / 18 Noyabr 2026
29
15:28 / 18 Noyabr 2026
35
15:22 / 18 Noyabr 2026
48
15:16 / 18 Noyabr 2026
79
15:12 / 18 Noyabr 2026
69
15:09 / 18 Noyabr 2026
89
15:05 / 18 Noyabr 2026
208
15:02 / 18 Noyabr 2026
83
14:58 / 18 Noyabr 2026
95
14:52 / 18 Noyabr 2026
83
14:44 / 18 Noyabr 2026
359
14:33 / 18 Noyabr 2026
125
14:22 / 18 Noyabr 2026
93
14:18 / 18 Noyabr 2026
100
14:06 / 18 Noyabr 2026
96
13:56 / 18 Noyabr 2026
99
13:12 / 18 Noyabr 2026
103
12:55 / 18 Noyabr 2026
113
12:53 / 18 Noyabr 2026
156
12:51 / 18 Noyabr 2026
259
12:32 / 18 Noyabr 2026
1123
12:28 / 18 Noyabr 2026
126
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.