Bakıda 10 min manatlıq qızıl oğurlayan qadın saxlanıldı
19 Avqust 2026, 15:56
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
850
23.05.2025, 14:41
Xalq artisti Naibə Allahverdiyevanın keçmiş həyat yoldaşı Yusif İsmayılov həbs olunub.
Oxu24.com Qaynarinfo-ya istinadən xəbər verir ki, Yusif İsmayılov Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının aktrisası, Xalq artisti Naibə Allahverdiyevanın hüquq-mühafizə orqanlarına etdiyi şikayət əsasında saxlanılıb.
O, Naibə Allahverdiyevaya qarşı zor tətbiq etməkdə ittiham olunub. Hadisə Xaçmaz rayonunun Turist kəndində yerləşən, Xalq artistinə məxsus evdə baş verib. Təqsirləndirilən şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci (Döymə) maddəsi ilə protokol tərtib olunaraq iş məhkəməyə göndərilib.
Məhkəmə araşdırmaları zamanı məlum olub ki, 5 may 2025-ci ildə cütlük evdə təmir-bərpa işləri aparmaq məqsədilə birlikdə Bakıdan Xaçmaza gediblər. Orada aralarında mübahisə yaranıb.
Naibə Allahverdiyeva ifadəsində bildirib ki, mübahisə Yusif İsmayılovun işləməkdən imtina etməsi və evdən getmək istəməsi ilə başlayıb. Daha sonra Yusif onu əvvəlcə sillə ilə vurub, sonra isə saçından və yaxasından dartaraq itələyib. Nəticədə aktrisanın üzü qapıya çırpılıb və xəsarət alıb.
Təqsirləndirilən şəxs isə 9 may 2025-ci il tarixdə axşam saatlarında Bakı şəhərinə qayıtmaq istəyərkən zərərçəkmiş şəxs ilə aralarında mübahisə düşdüyünü deyib. O, Naibə Allahverdiyevaya əl qaldırmadığını və onu qəsdən vurmadığını bildirib.
Məhkəmənin qərarı ilə Yusif İsmayılov İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib və 15 gün müddətinə həbs edilib.
19:50 / 19 Avqust 2026
3
19:27 / 19 Avqust 2026
43
17:59 / 19 Avqust 2026
72
17:50 / 19 Avqust 2026
72
17:32 / 19 Avqust 2026
84
17:12 / 19 Avqust 2026
87
16:49 / 19 Avqust 2026
83
16:38 / 19 Avqust 2026
70
16:19 / 19 Avqust 2026
89
15:59 / 19 Avqust 2026
83
15:56 / 19 Avqust 2026
65
15:54 / 19 Avqust 2026
108
15:45 / 19 Avqust 2026
84
15:36 / 19 Avqust 2026
103
15:30 / 19 Avqust 2026
83
15:11 / 19 Avqust 2026
97
15:10 / 19 Avqust 2026
81
14:50 / 19 Avqust 2026
81
14:49 / 19 Avqust 2026
90
14:44 / 19 Avqust 2026
110
14:30 / 19 Avqust 2026
102
14:24 / 19 Avqust 2026
83
14:18 / 19 Avqust 2026
276
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.