DİN əməliyyat keçirib: 260 nəfər SAXLANILIB
13 Dekabr 2025, 17:43
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
205
23.05.2025, 09:20
Bərdə rayonunda imtahandan qayıdan 12 yaşlı Hüseynxanlı Altay 45-50 yaşlarında iki kişi tərəfindən hücuma məruz qalıb.
Oxu24.com xəbər verir ki, bu barədə Bakues.az məlumat yayıb.
Altayın anası Aydan Quliyevanın sözlərinə görə, imtahana gedən oğlu 17 may saat 16:00-17:00 radələrində tanımadıqları iki kişi tərəfindən fiziki zorakılıqla üzləşib: "Oğlum imtahandan qayıdanda Cəfər Cabbarlı küçəsində dostu və sinif yoldaşı ilə görüşərək bir az vaxt keçiriblər. Dostu oğlumu evə yola salmaq üçün küçəylə bərabər gələndə eyni yaşlarda olan bir uşaq onlara sataşıb. Oğlumu və dostumu söyüb, nalayiq əl hərəkəti edib. Oğlum həmin uşağa yaxınlaşaraq söyməyinin səbəbini soruşub. Uşaq oğlumu itələyib və şillə vurub. Oğlum da cavab olaraq ona şillə vurub. Evləri yaxınlıqda yerləşən uşaq qaçaraq, atasına xəbər verib. 52 yaşlı ata təxminən 40-45 yaşlı xalası oğlu ilə "Mersedes" markalı maşınla oğlumun dalınca düşüblər. Oğlumu saxlayandan sonra onun şillə vurub-vurmadığını soruşublar. Oğlum da "Hə, əmi, vurmuşam. Biz yolu keçəndə bizi söydü, sonra isə mənə əl atdı", - cavabını verib.
Bundan sonra həmin şəxslər maşının qapısını açaraq, uşağımı tutmaq istəyəndə qaçıb. Onlar oğlumu əvvəl maşınla, sonra isə piyada Alaçadırlı kəndinə kimi qovalayıblar. Həmin şəxslərdən qaçan oğlum bir mağazaya girib. Lakin onlar oğlumu mağazadan zorla çölə çıxarıb, belinə və başına zərbələr endiriblər. Daha sonra isə zorla harasa aparmağa çalışıblar. Lakin kəndin sakinləri uşağımı onların əllərindən almağı bacarıblar".
Valideyn qeyd edib ki, övladı yaşadığı bu hadisədən sonra qorxu içində yaşayır. O, hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etdiyini də əlavə edib: "Ölkəmizdə uşaq hüquqları qorunur. Ölkəmiz dərəbəylik deyil ki, hər yoldan keçən uşaqlara psixoloji travma yaşatsın. Oğlum evə çox pis vəziyyətdə gətirildi. Yekə kişilərin azyaşlı uşağı bu hala salması nə dərəcədə doğrudur?! Əgər uşağımın səhvi varsa, üzr istəməyə hazırıq. Lakin 40-50 yaşlı kişilərin 12 yaşlı uşağa bu cür qorxu yaşatması qəbuledilməzdir. Övladım hazırda qorxuyla yaşayır, gecə yatdığı yerdə qışqırır. Xahiş edirəm ki, uşağıma bu halı yaşadanlar öz cəzasını çəksin".
--------
Həmçinin oxuyun
DİN-in Mətbuat Xidmətinin Bərdə Regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı sorğumuza cavab olaraq bildirib ki, məsələ ilə bağlı Bərdə Rayon Polis Şöbəsində araşdırma aparılıb və əməldə kriminal tərkib olmadığı müəyyən edilib.
Mövzuya aid videogörüntünü təqdim edirik:
18:02 / 13 Dekabr 2025
1
17:43 / 13 Dekabr 2025
189
17:09 / 13 Dekabr 2025
39
16:55 / 13 Dekabr 2025
171
15:58 / 13 Dekabr 2025
60
15:47 / 13 Dekabr 2025
60
15:39 / 13 Dekabr 2025
76
15:08 / 13 Dekabr 2025
1924
14:50 / 13 Dekabr 2025
74
14:38 / 13 Dekabr 2025
108
14:28 / 13 Dekabr 2025
98
14:22 / 13 Dekabr 2025
87
14:12 / 13 Dekabr 2025
278
13:14 / 13 Dekabr 2025
1522
13:07 / 13 Dekabr 2025
1007
12:58 / 13 Dekabr 2025
744
12:16 / 13 Dekabr 2025
1183
12:08 / 13 Dekabr 2025
136
11:44 / 13 Dekabr 2025
91
11:30 / 13 Dekabr 2025
113
11:09 / 13 Dekabr 2025
983
11:07 / 13 Dekabr 2025
447
10:25 / 13 Dekabr 2025
1190
09:15 / 13 Dekabr 2025
913
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.