"Sədərək" marşrutunda insident: avtobus sıxışdırıldı, güzgüsü sındırıldı - GÖRÜNTÜ
22 Avqust 2026, 18:55
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
1542
03.04.2025, 11:11
Baş prokurorluq Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyində keçirilən əməliyyatın detallarını açılqayıb.
Oxu24.com-a Baş prokurorluqdan daxil olan məlumata görə, agentliyin Dövlət texniki nəzarət şöbəsinin müdir müavini Rəşad Yolçiyev və həmin Nazirliyin 1 saylı Dövlət Aqrar İnkişaf Mərkəzinin Texniki nəzarətin təşkili sektorunun müdiri Arif Həsənovun xidməti vəzifələrinin icrası zamanı ayrı-ayrı şəxslərdən rüşvət almaları barədə daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.
Bildirilib ki, əməliyyat-istintaq tədbirləri ilə Rəşad Yolçiyev və Arif Həsənovun qabaqcadan əlbir olaraq 2022-2025-ci illər ərzində ölkə ərazisinə gətirilən kənd təsərrüfatında istifadə edilən və digər təyinatlı nəqliyyat vasitələrinin dövlət qeydiyyatına alınması, dövlət qeydiyyat nişanının verilməsi, texniki baxışın keçirilməsi, müvafiq şəhadətnamələrin təqdim edilməsi və digər məqsədlərlə onlara müraciət etmiş çoxsaylı şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində almalarına əsaslı şübhələr müəyyən edilib:
“Əməliyyat-axtarış tədbirləri ilə vəzifəli şəxslərin xidməti otaqlarında aparılmış axtarışlar zamanı iş üçün əhəmiyyət kəsb edən sübutlar aşkar edilərək götürülüb”.
İş üzrə toplanmış ilkin sübutlar əsasında Rəşad Yolçiyev və Arif Həsənova Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan edilmiş, barələrində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Binəqədi Rayon Məhkəməsinin qərarı ilə ev dustaqlığı (əsas) və vəzifədən kənarlaşdırma (əlavə) qətimkan tədbirləri seçilib.
02:23 / 23 Avqust 2026
34
22:37 / 22 Avqust 2026
83
21:49 / 22 Avqust 2026
140
21:35 / 22 Avqust 2026
95
20:40 / 22 Avqust 2026
103
20:15 / 22 Avqust 2026
131
20:14 / 22 Avqust 2026
104
19:59 / 22 Avqust 2026
74
19:48 / 22 Avqust 2026
118
19:33 / 22 Avqust 2026
111
18:55 / 22 Avqust 2026
180
18:26 / 22 Avqust 2026
96
18:21 / 22 Avqust 2026
117
13:55 / 22 Avqust 2026
119
13:36 / 22 Avqust 2026
746
13:34 / 22 Avqust 2026
117
13:31 / 22 Avqust 2026
119
12:55 / 22 Avqust 2026
124
12:55 / 22 Avqust 2026
108
12:35 / 22 Avqust 2026
99
12:34 / 22 Avqust 2026
137
12:15 / 22 Avqust 2026
99
11:59 / 22 Avqust 2026
116
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.