"Sədərək" marşrutunda insident: avtobus sıxışdırıldı, güzgüsü sındırıldı - GÖRÜNTÜ
22 Avqust 2026, 18:55
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
359
03.04.2025, 10:09
Müdafiə Nazirliyinin sabiq işçisi Zahid Niftəliyevin 42 milyon manatlıq mənimsəmədə ittiham olunması ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Oxu24.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrlik etdiyi prosesdə şahid qismində çıxış edən Yalçın Ələkbərov deyib ki, rəhbəri əcnəbi olan "R.S" şirkətinin ictimaiyyətlə əlaqələr şöbəsində işləyib:
"İşlədiyim şirkət tenderdə qalib gəlib və hərbi hissədə yataqxananın tikilməsini həyata keçirib. Şirkətin rəhbəri H.L. olub və o, həm Azərbaycanda, həm də İngiltərədə olub. Müdafiə Nazirliyi ilə müqaviləmiz olub. Razılaşmaya əsasən, işin əvvəlində 440 min manat pul köçürüldü. Daha sonra puldan 2 milyon dollar qalıb və həmin pulun köçürülməsində problemlər yarandı. Bununla bağlı məhkəmə çəkişməmiz oldu, 4 ildən sonra qalib gəldik. Həmin pulun məhkəmə qərarı ilə alınması mümkün oldu".
Daha sonra şahidin ibtidai istintaqa verdiyi ifadə elan olunub. Həmin ifadədən məlum olur ki, tikinti işlərinin görülməsi üçün müqavilənin dəyəri 7 milyon dollar olub. İfadədə qeyd olunub ki, Goranda hərbi hissədə yataqxananın tikilməsi və digər təmir işlərinin görülməsi nəzərdə tutulub.
Daha sonra Zahid Niftəliyevin vəkili Əli Adıgözəlov vəsatətlə çıxış edib. Vəkil Zahid Niftəliyevin 2015-ci ilin 14 aprel, 15 iyul, 3 dekabr, 2016-cı ilin 25 fevral, 7 mart, 15-24 iyun, 30 iyul, 22, 27 və 29 dekabr tarixlərində telefon danışıqlarının, onun əhatə dairəsinin müəyyən edilməsi üçün mobil operatora sorğu verilməsini istəyib.
Hakim bildirib ki, bu məsələyə növbəti iclasda münasibət bildiriləcək.
Məhkəmə prosesi mayın 7-də davam edəcək.
Qeyd edək ki, Zahid Niftəliyev iki il əvvəl rüşvətalma ittihamı ilə həbs edilib, Tərtər Hərbi Məhkəməsi onun əməlini tövsif edərək şərti cəza verib.
Azadlığa buraxıldıqdan sonra o, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq baş idarəsi tərəfindən həbs edilib.
İstintaq dövründə Gəncə Apelyasiya Məhkəməsi dövlət ittihamçısının Tərtər Hərbi Məhkəməsinin hökmündən verdiyi protesti təmin edib. Qərara əsasən Zahid Niftəliyev vəzifə saxtakarlığında və külli miqdarda rüşvət almaqda təqsirli bilinərək 8 il 6 ay azadlıqdan məhrum edilib.
Hazırda DTX-də istintaqı yekunlaşdırılmış iş üzrə hərbçilər arasında “Şlyapa Zahid” ləqəbi ilə tanınan Zahid Niftəliyev öz adına formal şirkət açaraq "AtaBank" ASC-dən götürülmüş 42 milyon manat krediti ödəməməkdə təqsirləndirilir.
İttihama əsasən, Zahid Niftəliyev məqsədyönlü şəkildə həmin məbləğdə kredit almaq məqsədilə “Şahin-CO” adlı şirkət yaradıb, şirkət təsərrüfat və maliyyə vəziyyəti barədə "AtaBank" ASC-yə saxta məlumatlar təqdim etməklə 2016-cı ildə 12 ay müddətinə 42 milyon 470 min 885 manat kredit alaraq, təyinatı üzrə istifadə etməməklə xüsusilə külli miqdarda ziyan vurub.
O, götürülmüş kreditin ləğv prosesində olan "AtaBank" ASC-yə ödənilməsi ilə bağlı məhkəmə qətnamələrini qərəzli olaraq icra etməyib.
Xüsusilə külli miqdarda mənimsəmə cinayətində iştirakı araşdırılan digər şəxslərlə bağlı DTX-də cinayət işi ayrılıb.
02:23 / 23 Avqust 2026
34
22:37 / 22 Avqust 2026
83
21:49 / 22 Avqust 2026
140
21:35 / 22 Avqust 2026
95
20:40 / 22 Avqust 2026
103
20:15 / 22 Avqust 2026
131
20:14 / 22 Avqust 2026
104
19:59 / 22 Avqust 2026
74
19:48 / 22 Avqust 2026
118
19:33 / 22 Avqust 2026
111
18:55 / 22 Avqust 2026
180
18:26 / 22 Avqust 2026
96
18:21 / 22 Avqust 2026
117
13:55 / 22 Avqust 2026
119
13:36 / 22 Avqust 2026
746
13:34 / 22 Avqust 2026
117
13:31 / 22 Avqust 2026
119
12:55 / 22 Avqust 2026
124
12:55 / 22 Avqust 2026
108
12:35 / 22 Avqust 2026
99
12:34 / 22 Avqust 2026
137
12:15 / 22 Avqust 2026
99
11:59 / 22 Avqust 2026
116
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.