Polis bu rayonda əməliyyata başladı: Tutulanlar var +FOTO
12 İyul 2025, 09:52
Qaynar xətt:
(+99450) 247 90 86KRİMİNAL
1213
18.02.2025, 14:10
Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin sabiq rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadənin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.
Oxu24.com xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim İbrahim İbrahimlinin sədrliyi ilə keçirilən prosesdə öz vəkilindən imtina edən Vüsal Əlizadəyə dövlət hesabına müdafiəçi təyin edilib.
Bundan sonra isə Cəlal Kazımova dövlət hesabına təyin edilmiş vəkil təqdim edilib. Lakin Cəlal Kazımov isə vəkilin müdafiəsindən imtina edib. O, ümumilikdə məhkəmədə vəkilə ehtiyacı olmadığını bildirib.
Hakim isə təqsirləndirilən şəxsə izah edib ki, xüsusilə ağır cinayətlərdə ittiham olunan şəxsin vəkillə təmin olunması məcburidir. O, isə yenə də vəkilə ehtiyacı olmadığını deyib.
Hakim isə onun etirazının qəbul edilmədiyini bildirib.
Daha sonra Vüsal Əlizadənin vəkili apellyasiya şikayətlərinə qismən məhkəmə istintaqı ilə baxılmasını istəyib.
Nizami Məmmədovun vəkili Rəşad Mirmehdizadə qeyd edib ki, Bakı Hərbi Məhkəməsində ziyanın ödənilməsi üçün üzərinə həbs qoyulan əmlakların üzərindən həbsin götürülməsi, həmin əmlakların satılması, əldə olunan məbləğin ziyanın ödənilməsinə yönəldilməsi barədə vəsatət versələr də, onların bu vəsatəti təmin olunmayıb. Hakimlər vəsatətləri təmin etməyib. Apellyasiya şikayətlərinin məhkəmə istintaqı aparılmadan məhkəmə baxışına verilməsi barədə qərar qəbul olunub.
Məhkəmə baxışı martın 10-na təyin olunub.
Qeyd edək ki, general Nizami Məmmədovun vəkilləri tərəfindən apellyasiya şikayəti verilib. Vəkillər onun cəzasının yüngülləşdirilməsini istəyiblər. Vəkillər Nizami Məmmədov tərəfindən dövlətə dəymiş ziyanın yarıdan çoxunun ödənilməsinin nəzərə alınmasını qeyd ediblər.
Həmçinin oxuyun
Bundan başqa, digər təqsirləndirilən şəxslərin də vəkilləri apellyasiya şikayəti veriblər.
Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə Nizami Məmmədov və Bayram Bayramovun hər biri 11 il 6 ay, Cəlal Kazımov 11 il, Vüsal Əlizadə 10 il 6 ay müddətinə azadlıqdan mərhum ediliblər.
İbtidai istintaq və məhkəmə dövründə dövlətə dəymiş ziyanın ödənilməsi üçün Nizami Məmmədov 12 milyon 415 min 194 manat, Vüsal Əlizadə 325 min, Cəlal Kazımov isə 186 min manat ödəniş ediblər. Həmin məbləğlərin dövlət büdcəsinə ödənilməsi üçün qərar qəbul edilib.
Eyni zamanda, təqsirləndirilən şəxslərin üzərinə həbs qoyulan əmlaklar dövlətə dəymiş ziyanın ödənilməsinə yönləndirilməsi məqsədilə dövlət nəfinə keçirilməsi üçün müsadirə olunub.
Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin sabiq rəisi Bayram Bayramov, Hərbi Dəniz Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs ediliblər.
Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər.
Xatırladaq ki, cinayət işi üzrə digər təqsirləndirilən şəxslərlə birlikdə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır. Təqsirləndirilən şəxslərin ümumi sayı 10-dan yuxarıdır. Onların barəsində olan cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün aidiyyəti üzrə məhkəmələrə göndərilib.
Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb.
Təqsirləndirilən şəxslərin hər birinə Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə törətmək) maddəsi ilə ittiham irəli sürülüb.
10:23 / 12 İyul 2025
ATV-nin efirində biabırçılıq: Gecə paltarında efirə çıxdı - VİDEO
2
10:09 / 12 İyul 2025
Qadınlar bu hədiyyələri alsalar, bədbəxt olacaqlar
13
09:54 / 12 İyul 2025
“Yaxşı siyasi siqnallar aldıq” - Zelenski
18
09:52 / 12 İyul 2025
Polis bu rayonda əməliyyata başladı: Tutulanlar var +FOTO
338
09:38 / 12 İyul 2025
Azərbaycan beynəlxalq təşkilatlarda namizəd olduğu seçkilərin hamısında qələbə qazandı - XİN
19
09:26 / 12 İyul 2025
Üç ölkə Rusiyaya qarşı birləşdi – Lavrovdan müharibə anonsu
26
09:25 / 12 İyul 2025
Gümüşün qiyməti son 14 ildə ən yüksək səviyyəsinə çatdı
21
09:16 / 12 İyul 2025
"Murov Qartalı" Raquf Orucovun doğum günüdür
66
09:10 / 12 İyul 2025
Qərb Ukraynaya silah tədarükünü bərpa etdi
29
09:00 / 12 İyul 2025
Azərbaycanda seysmik risklər - Xəritələr yeniləndi
151
08:42 / 12 İyul 2025
Azərbaycanda zəlzələ oldu
661
08:22 / 12 İyul 2025
Azərbaycana "cəhənnəm istisi" gəlir - bu tarixdən
293
07:55 / 12 İyul 2025
Sumqayıtda dəhşətli hadisə: Küçədə qayınatasını öldürdü
437
00:33 / 12 İyul 2025
Moskvda nə baş verib? - Yaralılar var
482
00:02 / 12 İyul 2025
Tovuz döyüşlərindən 5 il ötür
570
23:56 / 11 İyul 2025
70 qəpiyə satılan "ölüm içkiləri"
120
23:54 / 11 İyul 2025
Dünyanın ən nadir qan qrupu kəşf edildi
113
23:51 / 11 İyul 2025
Pensiyalar bu tarixdə tam ödəniləcək - RƏSMİ
118
23:27 / 11 İyul 2025
Əri faciəvi şəkildə öldü, adı Səyavuş Aslanla hallandı... - Təranə Vəlizadə kimdir?
1300
23:21 / 11 İyul 2025
Youtube rusların pulunu kəsdi
105
23:14 / 11 İyul 2025
Çimərlikdə hava necə olacaq?
267
22:51 / 11 İyul 2025
Sürücülük vəsiqələri ilə bağlı VACİB XƏBƏR
1054
22:49 / 11 İyul 2025
Otağa niyə girdiyinizi unudursunuzsa... - Elmi səbəbi açıqlandı
313
22:35 / 11 İyul 2025
Bu ərazidə qaz olmayacaq
154
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.