Qaynar xətt:

(+99450) 247 90 86

Sumqayıtda avtobus sürücüsü döyüldü

Sumqayıtda avtobus     sürücüsü     döyüldü

KRİMİNAL

1331

11.02.2025, 14:35

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sumqayıtda avtobus sürücüsünü döyüb pulunu ələ keçirən şəxsi polis saxlayıb.

 Oxu24.com xəbər verir ki, bu barədə DİN-dən bildirilib.

Fevralın 10-u axşam saatlarında Sumqayıt şəhəri ərazisində marşrut avtobusu sürücüsünə qarşı quldurluq cinayəti törədilib. Zərərçəkən polisə müraciət edərək bildirib ki, idarə etdiyi “İsuzu” markalı avtobusa daxil olan bir nəfər onu döyərək 230 manatını ələ keçirib.

Sumqayıt Şəhər Polis Şöbəsinin 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən 61 yaşlı E.Hüseynov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.