Bakı aeroportunda ƏMƏLİYYAT
25 Avqust 2026, 22:26
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
1181
07.02.2025, 15:03
Bu gün Kürdəmir şəhər 6 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi digər məktəbliyə xəsarət yetirib.
Oxu24.com xəbər verir ki, xəsarət alan məktəbli xəstəxanaya aparılıb.
Mərkəzi Aran Regional Təhsil İdarəsindən saytımıza bildirilib ki, hadisə ilə bağlı araşdırma aparılır: “Məsələ ilə bağlı bildiririk ki, 7 fevral 2025-ci il tarixdə Kürdəmir şəhər 6 nömrəli tam orta məktəbinin 10-cu sinif şagirdi həmin məktəbin 11-ci sinif şagirdinə xəsarət yetirib. Xəsarət almış şagird tibb müəssisəsinə aparılıb.Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Araşdırmanın nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək”.
Məlumatda şagirdlərin fiziki və psixoloji durumunun diqqətdə saxlanıldığı vurğulanıb.
Məsələ ilə bağlı TƏBİB-dən qeyd edilib ki, bu gün saat 11:45 radələrində xəsarət alması səbəbilə 2008-ci il təvəllüdlü (kişi cinsli) təcili tibbi yardım avtomobili ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına hospiltazasiya olunub: “Ona döş qəfəsinin arxa divarının açıq yarası diaqnozu təyin edilib. Xəsarət alan şəxs dərhal əməliyyata alınıb. Hazırda vəziyyəti orta ağır olaraq qiymətləndirilir”.
Qeyd edək ki, ötən gün də Ucar rayonunun Rəstəcə kənd tam orta məktəbin 9-cu sinif şagirdi 2009-cu il təvəllüdlü M. H. ilə sinif yoldaşı Q.H. arasında mübahisə nəticəsində məktəbli sinif yoldaşına bıçaqla xəsarətlər yetirib. Vəziyyəti stabil qiymətləndirilən şagird ambulator müalicə üçün evə buraxılıb.
Qeyd edək ki, hadisə barədə ilk məlumatı “Report” verib.
23:47 / 25 Avqust 2026
126
23:01 / 25 Avqust 2026
166
22:30 / 25 Avqust 2026
163
22:26 / 25 Avqust 2026
69
21:47 / 25 Avqust 2026
67
21:29 / 25 Avqust 2026
73
21:14 / 25 Avqust 2026
76
20:56 / 25 Avqust 2026
78
20:29 / 25 Avqust 2026
92
20:09 / 25 Avqust 2026
72
20:01 / 25 Avqust 2026
83
19:56 / 25 Avqust 2026
78
19:22 / 25 Avqust 2026
68
19:18 / 25 Avqust 2026
76
18:59 / 25 Avqust 2026
87
18:49 / 25 Avqust 2026
81
18:31 / 25 Avqust 2026
69
18:23 / 25 Avqust 2026
86
18:10 / 25 Avqust 2026
72
17:59 / 25 Avqust 2026
85
17:45 / 25 Avqust 2026
87
17:39 / 25 Avqust 2026
100
17:34 / 25 Avqust 2026
83
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.