Qaynar xətt:

(+99450) 247 90 86

Qubada saxlanılandan 8 kiloqram narkotik vasitə aşkarlandı

KRİMİNAL

890

06.02.2025, 15:24

Quba Rayon Polis Şöbəsi əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri tədbirlərlə rayon sakinləri Əmrah Əmrahov və Bəxtiyar Bağırov saxlanılıblar.

 Oxu24.com   xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, onlardan ümumilikdə 8 kiloqramdan artıq marixuana və heroin aşkarlanıb.

Məhkəmənin qərarı ilə hər iki şəxsin barəsində həbs qətimkan tədbiri seçilib.

Bundan əlavə, Qubada polis əməkdaşlarının son bir ay ərzində həyata keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 12 nəfər saxlanılıb.