Bakı aeroportunda ƏMƏLİYYAT
25 Avqust 2026, 22:26
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
794
31.01.2025, 12:19
Azərbaycanın Yunanıstandakı səfirliyinin birinci katibi vəzifəsində işləmiş Rəhman Şahhüseynli saxlanılıb.
Oxu24.com Report-a istinadən xəbər verir ki, sabiq birinci katib xırda xuliqanlıqda, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərini yerinə yetirməməkdə və polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamaqda şübhəli bilinib.
R. Şahhüseynli Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb olunub.
Barəsində 3 maddə üzrə protokollar tərtib olunub və baxılması üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilib. Protokolda polis onun 2 ay müddətinə həbs edilməsini istəyib.
Sumqayıt Şəhər Məhkəməsində Rəhman Şahhüseynli barəsində xırda xuliqanlıqla bağlı bəraət verilib, digər iki əmələ görə isə 500 manat cərimə edilib. O, məhkəmə zalından azadlığa buraxılıb.
Faktı Rəhman Şahhüseynlinin vəkili Könül Cəfərli təsdiqləyib.
Qeyd edək ki, Yunanıstan səfirliyinin birinci katibi olan Rəhman Şahhüseynli 2024-cü ilin sentyabrında geri çağırılıb və “diplomatik xidmət orqanlarının əməkdaşına uyğun olmayan əməllər törətdiyi” üçün diplomatik fəaliyyətinə xitam verilib.
Rəhman Şahhüseynli ailə probleminə görə qarşı tərəfin şikayətləri əsasında xidmətdən kənarlaşdırıldığını deyib.
16:14 / 26 Avqust 2026
1
15:59 / 26 Avqust 2026
39
15:40 / 26 Avqust 2026
51
15:17 / 26 Avqust 2026
59
15:12 / 26 Avqust 2026
64
14:59 / 26 Avqust 2026
67
14:45 / 26 Avqust 2026
61
14:42 / 26 Avqust 2026
70
14:40 / 26 Avqust 2026
68
14:30 / 26 Avqust 2026
61
14:15 / 26 Avqust 2026
76
13:58 / 26 Avqust 2026
71
13:55 / 26 Avqust 2026
74
13:33 / 26 Avqust 2026
101
13:15 / 26 Avqust 2026
216
12:55 / 26 Avqust 2026
67
12:35 / 26 Avqust 2026
72
12:21 / 26 Avqust 2026
79
12:14 / 26 Avqust 2026
74
12:09 / 26 Avqust 2026
83
12:05 / 26 Avqust 2026
75
12:01 / 26 Avqust 2026
382
11:59 / 26 Avqust 2026
80
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.