Qaynar xətt:

(+99450) 247 90 86

Şirvanda 5 kq narkotik vasitə dövriyyədən çıxarıldı

KRİMİNAL

672

24.01.2025, 14:08

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı həyata keçirdikləri tədbirlərlə əvvəllər də eyni əmələ görə məhkum olunmuş Tərlan Vəliyev saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan  Oxu24.com  verilən məlumata görə, adıçəkilən şəxsdən tərkibi 5 kiloqram marixuana və metamfetamin götürülüb.

Faktlarla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.