Sumqayıtda mənzildə meyit aşkarlandı
28 Avqust 2026, 21:09
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
1057
16.12.2024, 11:56
Şəkidə meşəlik ərazini kəsməklə təbiətə 8 milyonluq ziyan vurmaqda ittiham olunan “AQA Şirkətlər Qrupu”nun vitse-prezidenti Qafar Dəmirçinin həbsindən verilmiş apellyasiya şikayətinə baxılıb.
Oxu24.com un əldə etdiyi məlumata görə, “plazalar kralı” kimi tanınan şəxsin vəkili birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş edib. Şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılıb.
Hakim Habil Məmmədov isə işlə tanış olduqdan sonra təbiətə külli miqdarda ziyan vurma ittihamı ilə qarşısında dayanan şəxs barəsindəki əvvəlki qərarı qanunauyğun hesab edib.
Yekun qərarla Qafar Dəmirçi barəsindəki 3 aylıq həbs qətimkan tədbiri qərarı bir daha təsdiqlənib.
Onun istintaqdan gizlənmə, yer dəyişdirmə, ibtidai araşdırmaya mane ola biləcəyi ehtimalları da nəzərə alınaraq qətimkan tədbirinin növü dəyişdirilməyib.
Qeyd edək ki, Qafar Dəmirçi DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib. İttihama görə, onun rəhbərlik etdiyi “Monte Ferro” şirkəti Şəkinin iki kəndini əhatə edən meşəlik ərazilərində müxtəlif növ ağacları qanunsuz kəsib. Ona qarşı Cinayət Məcəlləsinin 259.3-cü (ağacları kəsmə-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xeyli və külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ilkin ittiham elan edilib. Bu ittiham təsdiqini taparsa Dəmirçi 3 ildən 6 ilə kimi azadlıqdan məhrum edilə bilər.
Xatırladaq ki, “AQA Şirkətlər Qrupu”nun prezidenti Qafarın atası Aydın Dəmirçidir. Həmin şirkətə çoxsaylı plazalar-“Demirchi Tower”, “AGA İş Mərkəzi”, “Ariana Business Park”, “Caspian Business Center”, “Lotfi Zadeh Texnologiyalar Mərkəzi” və başqaları daxildir. Bundan əlavə şirkətdə “AGA Group” maliyyə (“Ferrum Kapital” və “Caspian Audit”), kənd təsərrüfatı (“AGA Agro”, "Monte Ferro"), İnformasiya Texnologiyaları (“Bravo Online Systems”), turizm və hotelçilik (“Da Vinci” və “Caspian Palace” hotelləri) da fəaliyyət göstərir.
23:54 / 28 Avqust 2026
116
23:28 / 28 Avqust 2026
101
23:11 / 28 Avqust 2026
86
22:56 / 28 Avqust 2026
110
22:32 / 28 Avqust 2026
116
22:12 / 28 Avqust 2026
101
21:45 / 28 Avqust 2026
77
21:09 / 28 Avqust 2026
118
20:50 / 28 Avqust 2026
132
20:40 / 28 Avqust 2026
153
20:07 / 28 Avqust 2026
106
19:53 / 28 Avqust 2026
124
19:29 / 28 Avqust 2026
96
19:26 / 28 Avqust 2026
400
19:16 / 28 Avqust 2026
566
19:09 / 28 Avqust 2026
96
18:47 / 28 Avqust 2026
103
18:30 / 28 Avqust 2026
105
18:21 / 28 Avqust 2026
770
18:10 / 28 Avqust 2026
85
18:00 / 28 Avqust 2026
88
17:59 / 28 Avqust 2026
117
17:40 / 28 Avqust 2026
86
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.