Qaynar xətt:

(+99450) 247 90 86

Fazil Qasımovun səhhəti pisləşdi- Proses yarımçıq saxlanıldı

Fazil Qasımovun səhhəti pisləşdi- Proses yarımçıq saxlanıldı

KRİMİNAL

618

05.12.2024, 13:37

İqtisadçı Qubad İbadoğlunun işi ilə bağlı Türkiyədə tutularaq ölkəyə gətirilən Fazil Qasımovun məhkəməsi davam edir.

Oxu24.com un məlumatına görə, ilk baxış iclasında prokuror ittiham aktını elan edib.

İttihamın elanı bitən kimi Fazil Qasımov şüşə qəfəs arxasında özündən gedib. O, konvoyun köməyi ilə zaldan çıxarılıb.

Sədrlik edən hakim Mahirə Kərimova prosesi yarımçıq saxlayıb. İclasın davam edib-etməyəcəyi hələ ki bilinmir.

Qeyd edək ki, Fazil Qasımov 1 il əvvəl həbs edilib. Qasımovla birgə ittiham olunan Qubad İbadoğlu ibtidai istintaq dövrü müddətində sərbəst buraxılıb. Onun işi üzrə istintaq davam edir.