Şirvanda yük və minik avtomobilləri toqquşdu: ölən var
29 Avqust 2026, 20:57
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
1041
03.12.2024, 14:20
Şirvan şəhərində qonşusunun intim görüntülərini yayan qadın cinayət məsuliyyətinə cəlb edilib.
Oxu24.com un əldə etdiyi məlumata görə, 1990-cı il təvəllüdlü Səkinə Zülümova (ad və soyadlar şərtidir) barəsində Cinayət Məcəlləsinin 156 və 242-ci (Şəxsi həyatın toxunulmazlığını pozma və pornoqrafik materialları qanunsuz yayma) maddələri ilə iş açılıb.
Araşdırmalar zamanı məlum olub ki, S.Zülümova bu ilin iyununda həyat yoldaşının telefonunda üç ədəd pornoqrafik xarakterli video tapıb. Videoda əks olunan qadın isə onların qonşusu olub. O, ərindən xəbərsiz videoları öz telefonuna göndərib.
Ərinin qonşu qadınla münasibətini öyrənən S.Zülümova bu barədə onun ərinə məlumat verib, videoları həmin şəxsə göstərib. Həmçinin hadisə barədə qonşu qadınlara danışıb və onlara da qonşuluqda yaşayan D.Quliyevanın pornoqrafik görüntülərini göstərib.
Məsələ ictimailəşəndən sonra D.Quliyeva polisə şikayət edib və cinayət işi açılıb. O, videoları ərinə göndərmək istəyərkən səhvən qonşu kişiyə yolladığını deyib.
S.Zülümovanın əri isə ifadəsində videolara baxandan sonra sildiyini, arvadının həmin görüntüləri telefonun zibil qutusundan aşkar edərək icazəsiz götürdüyünü deyib.
D.Quliyeva görüntülərini yayan qonşu qadından şikayətçi olmadığını bildirib.
S.Zülümova, həmçinin qeyd edib ki, əri ilə başqa qadının münasibətini öyrəndikdən sonra boşanmaq qərarına gəlib və övladlarına təkbaşına baxıb.
Şirvan Şəhər Məhkəməsinin 28 noyabr tarixli hökmü ilə S.Zülümovaya 1 il 6 ay islah işləri cəzası verilib.
11:06 / 30 Avqust 2026
1
11:05 / 30 Avqust 2026
4
11:04 / 30 Avqust 2026
8
01:42 / 30 Avqust 2026
298
01:20 / 30 Avqust 2026
348
23:39 / 29 Avqust 2026
189
23:30 / 29 Avqust 2026
143
23:18 / 29 Avqust 2026
149
23:04 / 29 Avqust 2026
138
22:48 / 29 Avqust 2026
145
22:10 / 29 Avqust 2026
105
21:29 / 29 Avqust 2026
154
20:57 / 29 Avqust 2026
155
20:36 / 29 Avqust 2026
193
20:04 / 29 Avqust 2026
169
19:48 / 29 Avqust 2026
116
19:17 / 29 Avqust 2026
159
19:10 / 29 Avqust 2026
115
19:01 / 29 Avqust 2026
121
18:22 / 29 Avqust 2026
93
18:00 / 29 Avqust 2026
192
15:30 / 29 Avqust 2026
224
15:28 / 29 Avqust 2026
318
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.