Qaynar xətt:

(+99450) 247 90 86

Dərsdən çıxıb özünü çaya atan müəllimənin görüntüsü yayıldı

2019-04/1556189947_batma.gif

KRİMİNAL

997

25.04.2019, 15:00

  Dünən Salyan rayonunun Seyidsadıqlı kəndində özünü çaya ataraq intihar edən müəllimənin meyiti tapılıb.
Oxu24.com  xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri 1984-cü il təvəllüdlü Dadaşova Aysel Vaqif qızının meyitini çaydan çıxararaq aidiyyatı üzrə təhvil verib. Məlumata görə, intihar edən 35 yaşlı A.Dadaşova kənd məktəbində ibtidai sinif müəllimi kimi çalışıb və 3 uşaq anası olub. O, dünən günün birinci yarısında məktəbdə dərs prosesində iştirak edib, sonra evə gələrək məktub yazıb və kən d ərazisindəki körpüyə gələrək özünü çaya atıb. Orta məktəbdən bildirilib ki, onun işdə hər hansı problem olmayıb. Faktla bağlı Salyan rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.