Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
12386
az

Qadın bankdan kredit götürdüyü pulu itirdi, polis qaytardı

14:3525 Aprel, 2019
785
  • A
 
Azərbaycanda polis əməkdaşları qadının bankdan kreditə götürüb itirdiyi pulu qaytarıblar.

DİN Mətbuat Xidmətindən  verilən məlumata görə, aprelin 24-də Oğuz Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları Təbriz Bəbirli və Samir Şirinov şəhər ərazisində xidmət apararkən pulqabı tapıblar.

İçərisində bir qadına məxsus şəxsiyyət vəsiqəsi, müxtəlif sənədlər və pul olduğunu görən polis əməkdaşları onun sahibini tapmaq üçün axtarışa başlayıblar.

Şəxsiyyət vəsiqəsində göstərilən ünvan əsasında onlar həmin xanımı tapmağa nail olublar. Polis əməkdaşları onun Oğuz şəhər sakini Svetlana Ağababayeva olduğuna əmin olduqdan sonra pulqabını ona elə öz evində təqdim ediblər.  

S.Ağababayeva qeyd edib ki, pulqabını bankdan kredit götürüb evə qayıdarkən yolda itirib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanda professor vəfat etdi - FOTO
Ukraynada 50 min insan itkin düşüb - Şok rəqəm
Alma qabıqlarını belə istifadə edin: Faydaları bitmir - FOTO

Bakıda kafedə ÖLÜM

18+

Terrorçularla bağlı dəhşətli video yayıldı - Əsəbi zəif olanlar baxmasın!
Tovuzda kişi sağ ola-ola özünə qəbir qazdırdı (VİDEO)
Bağırsaq xərçəngini yaradan faktor aşkarlandı
Qazax sakini buna görə tutuldu