Qaynar xətt:

(+99450) 247 90 86

81 yaşlı kişi toydan çıxarkən faciəli şəkildə öldü

2019-04/1555737947_275cba2a573567d.jpg

KRİMİNAL

1075

20.04.2019, 09:30

  Binəqədi rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu24.com ONA-a istinadən xəbər verir ki, hadisə “Ballı” şadlıq evinin qarşısında olub. 81 yaşlı Qurbanov Elman toy məclisindən çıxaraq yolu keçən zaman onu “Opel” markalı taksi vurub. Nəticədə E. Qurbanov hadisə yerində ölüb. Sürücü saxlanılıb. Hadisə yerinə Binəqədi rayonunun əməkdaşları cəlb olunub.