Sosial şəbəkələrdə yayılmış daha bir video qızğın müzakirə mövzusudur.
“AzPolitika.info” xəbər verir ki, videokadrlarda qadın və kişi sürücü arasında mübahisə əks olunub. Belə məlum olur ki, yol nəqliyyat hadisəsindən sonra kişi sürücü maşınından düşərək qadın sürücüyə hücum çəkir və onu ən yaramaz söyüşlərlə təhqir edir.
Bəzi sosial şəbəkə istifadəçiləri iddia ediblər ki, hadisə Sumqayıtda bulvar yaxınlığında baş verib.
Videoya yazılmış şərhlərdə də istifadəçilər kişinin davranışındakı həyasızlığa və özünə inam hissinə təəccüblənirlər. Təsadüf deyilmiş – belə ki, qadın sürücünü nalayiq sözlərlə təhqir edən bu adam Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun əmisi oğlu Novruz Fərəcovdur.
Oxu24.com
ŞƏRHLƏR