Bakıda yolu keçən qadını maşın vurub öldürdü – Fotolar
03 Sentyabr 2026, 20:48
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
223
28.10.2024, 10:21
Xalq artisti Ağadadaş Ağayev və onunla birgə insident yaradan “Medera Hospital”ın mühafizəçisi Nurədddin Cəlilovun cinayət işi üzrə ibtidai istintaq tamamlanıb.
Oxu24.com un məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.
Müğənni ilə mühafizəçinin hər ikisinə yekun olaraq Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq- 221.3-cü (silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddəsi ilə yekun ittiham elan edilib. Onlar bu maddə ilə təqsirli bilindikləri halda 2 ildən 5 ilə kimi azadlıqdan məhrum edilə bilərlər.
Ağadadaş Ağayevin atdığı baltanın dəydiyi təmizlikçi Nəzakət Paşayeva bu cinayətdə zərərçəkmiş qismində tanınıb. Cinayət işini hakim Vüsal Tağıyev araşdıracaq. İlk iclas oktyabrın 31-i keçiriləcək.
Qeyd edək ki, hadisə bu ilin iyulunda baş verib. Ağadadaş Ağayev mübahisə etdiyi mühafizəçiyə balta atıb. Mühafizəçi Nurəddin Cəlilov isə Xalq artistini döyüb. Balta isə klinikada çalışan qadın N.Paşayevaya dəyərək xəsarət yetirib.
Təqsirləndirilən şəxslər həbsdə deyil. İbtidai istintaq dövrü müddətində barələrində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilib. Məhkəmənin hazırlıq iclasında hakim onların sərbəst, ya həbsdə mühakimə edilməsi ilə bağlı qərar qəbul edəcək.
00:19 / 04 Sentyabr 2026
1
23:59 / 03 Sentyabr 2026
23
23:55 / 03 Sentyabr 2026
43
23:45 / 03 Sentyabr 2026
47
23:20 / 03 Sentyabr 2026
49
23:08 / 03 Sentyabr 2026
56
22:53 / 03 Sentyabr 2026
148
22:42 / 03 Sentyabr 2026
50
22:30 / 03 Sentyabr 2026
53
22:14 / 03 Sentyabr 2026
59
22:03 / 03 Sentyabr 2026
57
22:01 / 03 Sentyabr 2026
778
21:51 / 03 Sentyabr 2026
72
21:48 / 03 Sentyabr 2026
63
21:20 / 03 Sentyabr 2026
72
21:14 / 03 Sentyabr 2026
78
21:01 / 03 Sentyabr 2026
57
20:48 / 03 Sentyabr 2026
68
20:30 / 03 Sentyabr 2026
180
20:16 / 03 Sentyabr 2026
71
19:58 / 03 Sentyabr 2026
123
19:45 / 03 Sentyabr 2026
73
19:34 / 03 Sentyabr 2026
97
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.