Qazaxda hadisə:Yaralılar var
22 Noyabr 2026, 10:38
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
223
25.10.2024, 14:10
Bakıda məşhur "AVVA" mağazalar şəbəkəsinin rəhbərinə cinayət işi açılıb.
Oxu24.com Qaynarinfo-ya istinadən xəbər verir ki, "AVVA LTD" MMC-nin baş direktoru Ramil Babayev Cinayət Məcəlləsinin 303.1-ci (Siyahıya alınmış və ya üzərinə həbs qoyulmuş, yaxud müsadirə olunmalı əmlak barəsində qanunsuz hərəkətlər) maddəsi üzrə təqsirləndirilib və barəsindəki iş məhkəməyə göndərilib.
Məlum olub ki, Ramil Babayevlə bağlı cinayət işi şəriki Elçin Cəfərov tərəfindən edilən şikayət əsasında açılıb. Belə ki, Nizami rayonu, Q.Qarayev prospekti, 81-ci məhəllə ünvanında yerləşən "AVVA" adlı mağazanın 1-ci mərtəbəsinin 65 kv.m olan qeyri-yaşayış sahəsində saxlanılan 631 ədəd qadın kastyumu geyim dəsti, 21 ədəd qadın vetrovkası, 211 ədəd qadın şalvarı, 25 ədəd qadın ətəyi, 34 ədəd qadın köynəyi və 305 ədəd qadın koftası üzərinə məhkəmənin qərarı ilə həbs qoyulub.
Lakin R.Babayev malları 23 may 2023-cü ildə icazəsiz olaraq yükdaşıma xidmətlərindən birinin anbarına göndərib. Həmin malları anbardan hissə-hissə götürməklə mağazada yenidən satışını həyata keçirib.
Bütün bunlar isə şərik işləyən şəxslər arasında 140 min manatlıq mübahisəyə görə baş verib. Belə ki, şəriklərin işlətdiyi mağazalar şəbəkəsinə yatırdıqları sərmayə bölgüsünə görə aralarında məhkəmə çəkişməsi olub.
Nizami Rayon Məhkəməsinin hökmü ilə iş adamı Ramil Babayev Cinayət Məcəlləsinin 303.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 1200 manat məbləğində cərimə edilib.
"AVVA" mağazalar şəbəkəsinin rəhbəri Ramil Babayev faktı təsdiqləyib. O deyib ki, artıq Elçin Cavadovla aralarında barışıq əldə olunub. O Elçin Cavadovla şərikli şəkildə işləməyə davam etdiklərini deyib.
16:38 / 22 Noyabr 2026
101
16:29 / 22 Noyabr 2026
93
16:18 / 22 Noyabr 2026
920
16:00 / 22 Noyabr 2026
147
14:27 / 22 Noyabr 2026
131
14:11 / 22 Noyabr 2026
158
13:47 / 22 Noyabr 2026
398
13:20 / 22 Noyabr 2026
137
12:51 / 22 Noyabr 2026
162
12:30 / 22 Noyabr 2026
338
12:17 / 22 Noyabr 2026
1474
11:38 / 22 Noyabr 2026
1755
11:12 / 22 Noyabr 2026
278
10:51 / 22 Noyabr 2026
831
10:47 / 22 Noyabr 2026
270
10:38 / 22 Noyabr 2026
176
10:16 / 22 Noyabr 2026
1032
09:15 / 22 Noyabr 2026
1144
08:56 / 22 Noyabr 2026
456
01:34 / 22 Noyabr 2026
238
01:33 / 22 Noyabr 2026
248
23:53 / 21 Noyabr 2026
1139
23:41 / 21 Noyabr 2026
383
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.