Qazaxda hadisə:Yaralılar var
22 Noyabr 2026, 10:38
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
363
24.10.2024, 13:48
Su Nəqliyyatında Polis İdarəsi əməkdaşlarının keçirdikləri növbəti tədbirlə Xəzər dənizinin Zirə qəsəbəsi istiqamətində, Abşeron Milli Parkının ərazisində “Qırmızı” kitaba adı düşən çöl quşlarını qanunsuz olaraq ovlayan şəxslər müəyyən ediliblər.
Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, xidməti ərazidə keçirilən tədbir zamanı Qəmər Adaları Respublikasının vətəndaşı 64 yaşlı Mohammad Ahmad və əvvəllər məhkum olunmuş 39 yaşlı Pərviz Quliyev saxlanılıblar. Yoxlama zamanı onlardan 5 ədəd ovlanması qadağan olunan “Qafqaz şahini” və ov ləvazimatları aşkarlanıb. Bu şəxslər qoruq ərazisində xüsusi olaraq yaratdıqları quyularda gizlənərək təlim görmüş eynicinsli çöl quşları vasitəsi ilə adı “Qırmızı” kitaba düşən “Qafqaz şahini”ni ovlayıblar. Aşkar edilən faktla bağlı araşdırmalar davam etdirilir.
Baytar nəzarətindən sonra quşlar su polisləri və Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən təbiətə buraxılacaq.
Həmçinin Su Nəqliyyatında Polis İdarəsindən bildirilib ki, balıqların kürüləmə dövrü ilə əlaqədar sənaye balıq ovuna tətbiq edilən moratoriumun müddəti artıq sentyabr ayının 1-dən etibarən bitib. Xidməti ərazilər olan dövlət qoruqları, milli parklar, dəniz və digər su hövzələrində sənaye balıq ovu ilə məşğul olmaq istəyən vətəndaşların nəzərinə çatdırılır ki, ov zamanı kimyəvi, zəhərli və partlayıcı maddələrdən, eyni zamanda qanunla qadağan olunmuş sintetik tor, elektrik cərəyanı və itiuclu qarmaq kimi ov alətlərindən istifadə etmək qəti qadağandır.
Su bioresurslarında, o cümlədən Xəzər dənizində yerləşən strateji obyektlərin yaxınlığında qaydaları kobud şəkildə pozaraq qanunsuz balıq ovlayan şəxslər saxlanılaraq cinayət və inzibati xətalar məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb ediləcəklər.
Su polisləri tərəfindən su hövzələrinə nəsil artımı üçün buraxılan körpə nərəcinsli, həmçinin digər növ balıqların qanunsuz ovlanmasının qarşısını almaq və Xəzər dənizinin dibi ilə çəkilən dəmir boru kəmərlərini, müxtəlif təyinatlı naqilləri, eləcə də dəniz qumunu oğurlayan şəxslərə qarşı da fasiləsiz mübarizə aparılacaq.
Vətəndaşlardan Xəzər dənizində və su hövzələrində hər hansı bir qanun pozuntusu ilə rastlaşdıqları halda Su Nəqliyyatında Polis İdarəsinin (012) 433-38-12 və (012) 433-38-02 nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.
18:21 / 22 Noyabr 2026
1
18:16 / 22 Noyabr 2026
36
18:02 / 22 Noyabr 2026
69
17:59 / 22 Noyabr 2026
31
16:38 / 22 Noyabr 2026
136
16:29 / 22 Noyabr 2026
113
16:18 / 22 Noyabr 2026
1404
16:00 / 22 Noyabr 2026
179
14:27 / 22 Noyabr 2026
147
14:11 / 22 Noyabr 2026
167
13:47 / 22 Noyabr 2026
460
13:20 / 22 Noyabr 2026
149
12:51 / 22 Noyabr 2026
172
12:30 / 22 Noyabr 2026
378
12:17 / 22 Noyabr 2026
1579
11:38 / 22 Noyabr 2026
1915
11:12 / 22 Noyabr 2026
285
10:51 / 22 Noyabr 2026
872
10:47 / 22 Noyabr 2026
285
10:38 / 22 Noyabr 2026
179
10:16 / 22 Noyabr 2026
1067
09:15 / 22 Noyabr 2026
1208
08:56 / 22 Noyabr 2026
479
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.