Qazaxda hadisə:Yaralılar var
22 Noyabr 2026, 10:38
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
302
24.10.2024, 11:45
Xəbər verildiyi kimi, prokurorluq və polis əməkdaşlarının birgə fəaliyyəti nəticəsində 3 il əvvəl Qəbələdə ağır cinayət törətmiş şəxs ifşa olunaraq cinayət məsuliyyətinə cəlb edilib.
Oxu24.com xəbər verir ki, Oğuz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə istintaqı aparılan cinayət işi tamamlanıb.
İstintaqla, 1973-ci il təvəllüdlü Mübariz Sultanovun qisas niyyəti ilə cəzalandırmaq məqsədilə 2021-ci il dekabrın 24-də gecə vaxtı Qəbələ rayonunun Böyük Əmilli kənd sakini, 1975-ci il təvəllüdlü Bəxtiyar Salahovu yaşadığı evə kimi izləməsi, həyətə daxil olduqdan sonra onun sərxoş vəziyyətdə olmasından istifadə edərək dəhrə ilə xəsarətlər yetirməsi, nəticədə Bəxtiyar Salahovun növbəti gün həmin xəsarətlərdən müalicə aldığı xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Mübariz Sultanova Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə ittiham elan olunaraq barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə ittiham aktı təsdiq olunaraq baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
18:21 / 22 Noyabr 2026
104
18:16 / 22 Noyabr 2026
72
18:02 / 22 Noyabr 2026
87
17:59 / 22 Noyabr 2026
60
16:38 / 22 Noyabr 2026
146
16:29 / 22 Noyabr 2026
119
16:18 / 22 Noyabr 2026
1551
16:00 / 22 Noyabr 2026
188
14:27 / 22 Noyabr 2026
151
14:11 / 22 Noyabr 2026
171
13:47 / 22 Noyabr 2026
473
13:20 / 22 Noyabr 2026
151
12:51 / 22 Noyabr 2026
176
12:30 / 22 Noyabr 2026
382
12:17 / 22 Noyabr 2026
1603
11:38 / 22 Noyabr 2026
1955
11:12 / 22 Noyabr 2026
286
10:51 / 22 Noyabr 2026
890
10:47 / 22 Noyabr 2026
287
10:38 / 22 Noyabr 2026
180
10:16 / 22 Noyabr 2026
1080
09:15 / 22 Noyabr 2026
1231
08:56 / 22 Noyabr 2026
487
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.