DİN məlumat yaydı: 149 nəfər saxlanılıb
05 Sentyabr 2026, 11:03
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
209
16.10.2024, 23:25
Tovuzda kirayə qaldığı evin sahibi, 1952-ci il təvəllüdlü İntizar Bağırovanı qətlə yetirən şəxslərin məhkəmə prosesi başa çatıb.
OXU24.COM xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində 1990-cı il təvəllüdlü Aynaz Alıyeva və həmyaşıd olan sevgilisi Elçin Əliyevə hökm oxunub.
Hökmə əsasən, A.Alıyeva 12 il, qeyri-rəsmi münasibətdə yaşadığı E.Əliyev isə 2 il 5 ay müddətinə azadlıqdan məhrum edilib.
Ötən ilin mayında baş vermiş cinayət hadisəsinin təfərrüatına gəlincə, Aynazla Elçin 71 yaşlı qadının evində kirayə qalan zaman onun cəmi dəyəri 400 manat olan qızıl üzüklərini və 500 manat məbləğində diş protezini oğurlayıblar.
Qadın bundan xəbər tutan zaman tərəflər arasında mübahisə yaşanıb. Mübahisə zamanı isə Aynaz Alıyeva yaşlı qadını pilləkəndən itələyib, daha sonra ona dəmir parça ilə zərbələr endirib. Bu isə İntizar Bağırovanın ölümünə səbəb olub.
Qeyd edək ki, cinayətdə iştirak edən cütlük qadının diş protezini cəmi 75 manata satmağa müvəffəq olublar ki, bunun da 50 manatını İntizar Bağırovaya kirayə haqqı kimi ödəyiblər.
12:32 / 05 Sentyabr 2026
1
12:11 / 05 Sentyabr 2026
28
12:06 / 05 Sentyabr 2026
39
12:03 / 05 Sentyabr 2026
36
11:21 / 05 Sentyabr 2026
57
11:16 / 05 Sentyabr 2026
291
11:03 / 05 Sentyabr 2026
382
11:01 / 05 Sentyabr 2026
50
10:55 / 05 Sentyabr 2026
56
10:28 / 05 Sentyabr 2026
61
10:24 / 05 Sentyabr 2026
55
10:20 / 05 Sentyabr 2026
408
10:18 / 05 Sentyabr 2026
60
10:17 / 05 Sentyabr 2026
61
02:49 / 05 Sentyabr 2026
254
02:36 / 05 Sentyabr 2026
417
02:34 / 05 Sentyabr 2026
199
02:23 / 05 Sentyabr 2026
226
23:46 / 04 Sentyabr 2026
93
23:20 / 04 Sentyabr 2026
92
23:00 / 04 Sentyabr 2026
119
22:39 / 04 Sentyabr 2026
112
22:35 / 04 Sentyabr 2026
109
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.