DİN məlumat yaydı: 149 nəfər saxlanılıb
05 Sentyabr 2026, 11:03
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
216
16.10.2024, 13:39
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə Cinayət Məcəlləsinin 178.3.2, 193.1 və 313-cü maddələri təqsirləndirilən şəxslər Məmmədov Rasim Orduxan oğlu və Yusubov Xəyal Vafadar oğlunun növbəti məhkəmə prosesi davam etdirilib.
Oxu24.com un məlumatına görə, hakim məhkəmə istintaqının yekunlaşdıraraq çıxış üçün sözü dövlət ittihamçısına verib. Prokuror Eldar Həmzə ittiham nitqi ilə çıxış edərək bildirib ki, zərərçəkənlərə ümumi ziyandan 29 min 500 manat pul ödəniş edilib. O, Rasim Məmmədovun 9 il, Xəyal Yusubovun isə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Zərərçəkənlər çıxış edərək mülki iddialarının təmin olunmasını xahiş ediblər.
Məhkəmə prosesi 30 oktyabr tarixinə kimi təxirə salınıb.
Xatırladaq ki, “RT Ravel” və R.T.Group Akademiya MMC və Kale Dershanesi və Vish Travel MMC-nin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin ibtidai istintaqı yekunlaşıb.
İstintaq zamanı RT Ravel MMC və R.T.Group Akademiya MMC-nin təsisçisi və direktoru Rasim Məmmədovun, Kale Dershanesi və Vish Travel MMC-nin təsisçisi və direktoru Xəyal Yusubovla birgə sahibkarlıq fəaliyyətini həyata keçirmək niyyəti olmadan xaricdə təhsil və iş vizalarının təşkili adı altında müxtəlif şəxslərə məxsus ümumilikdə 164 min manatdan artıq pul vəsaitini ələ keçirməsi və vəzifə saxtakarlığı törətməsinə əsaslı şübhələr müəyyən edilib.
Rasim Məmmədov və Xəyal Yusubov Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq), 193.1 (yalançı sahibkarlıq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə yekun ittiham elan olunub.
14:55 / 05 Sentyabr 2026
7
14:40 / 05 Sentyabr 2026
39
14:25 / 05 Sentyabr 2026
41
14:16 / 05 Sentyabr 2026
223
14:15 / 05 Sentyabr 2026
49
14:08 / 05 Sentyabr 2026
429
13:58 / 05 Sentyabr 2026
51
13:55 / 05 Sentyabr 2026
47
13:15 / 05 Sentyabr 2026
54
12:55 / 05 Sentyabr 2026
307
12:55 / 05 Sentyabr 2026
72
12:39 / 05 Sentyabr 2026
276
12:32 / 05 Sentyabr 2026
67
12:11 / 05 Sentyabr 2026
61
12:06 / 05 Sentyabr 2026
134
12:03 / 05 Sentyabr 2026
58
11:21 / 05 Sentyabr 2026
74
11:16 / 05 Sentyabr 2026
925
11:03 / 05 Sentyabr 2026
550
11:01 / 05 Sentyabr 2026
60
10:55 / 05 Sentyabr 2026
79
10:28 / 05 Sentyabr 2026
70
10:24 / 05 Sentyabr 2026
65
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.