Qubada qəbiristanlıqda bibisini döyərək öldürməkdə təqsirləndirilən Mişi Migirovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.
"Oxu24.com" xəbər verir ki, Bakı Ağır Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçiriləcək növbəti məhkəmə prosesi aprel ayının 26-na təyin olunub.
Dəhşətli hadisə ötən il aprelin 17-də Quba rayonunun Qırmızı Sloboda qəsəbəsində baş verib.
Rayon sakini Mişi Migirov qohumlarının məzarlarını ziyarət etmək adı ilə bibisi Şuşan Sumxayevanı ötən il aprelin 17-də özü ilə "Yəhudi qəbiristanlığı"na aparıb. Taksi sürücüsünə onları on dəqiqə gözləmələrini tapşırıb, yaşlı, xəstə bibisi ilə birgə məzarlığa doğru addımlayıb. Sərxoş vəziyyətdə qardaşı Raxamin Migirovun məzarı önündə dayanan Mişi elə oradaca bibisinə yumruqla çoxsaylı zərbələr endirib.
Bir saata yaxın qəbirstanlığın önündə gözləyən taksi sürücüsü onların qayıtmadıqlarını görüncə ərazidən keçən post patrul xidmətinin əməkdaşına bu haqda məlumat verib. Taksi sürücüsü polislə birgə qəbiristanlıqda Mişi ilə bibisini axtarıblar. Nəhayət, onları qəbirlərin arasından tapıblar. M.Migirovu polis bölməsinə, zərbələrin təsirindən yerdə zarıyan qadını isə xəstəxanaya çatdırıblar. 87 yaşlı Ş.Sumxayeva aldığı xəsarətlərdən ertəsi gün elə xəstəxanada dünyasını dəyişib.
Oxu24.com
ŞƏRHLƏR