Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda parkda dəhşətli hadisə

2019-04/1555313067_park.png

KRİMİNAL

727

15.04.2019, 11:23

\"\"  Bakıda mübahisə edən kişilərdən biri digərini “atvyortka” ilə vurub yaralayıb.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə aprelin 12-də günorta saatlarında Binəqədi rayonu, 9-cu mikrorayonda yerləşən parkda baş verib. 1962-ci il təvəllüdlü Əfqan Qurbanovu mübahisə zəmnində qonşusu, 1951-ci il təvəllüdlü Bayramağa Novruzov “atvyortka” ilə qarnından vuraraq xəsarət yetirib. Faktla bağlı cinayət işi başlanılıb, B.Novruzov şübhəli şəxs qismində tutulub.