İsmayıllıda 3 ayın gəlini özünü asaraq öldürüb.
Hadisə rayonun İvanovka kəndində qeydə alınıb. Kənd sakinlərinin sözlərinə görə, rayonun Qaraqaya kəndindən İvanovkaya gəlin köçən Hüseynova (Behbudlu)Mahirə Ayət qızı gecə saatlarında özünü öldürüb.
Ölümün hansı səbəbdən baş verməsi hüquq-mühafizə orqanlarının araşdırmalarından sonra bəlli olacaq. Qadının meyiti bu gün doğulduğu Qaraqaya kəndində dəfn ediləcək.
Faktla bağlı araşdırma aparılır. Oxu24.com
ŞƏRHLƏR