Bakı-Qazax yolunda ağır QƏZA - AVTOBUS AŞDI
06 Sentyabr 2026, 18:15
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
254
07.10.2024, 11:58
Ağdaş rayon prokurorluğunda Kotavan bələdiyyəsinin sədri, «Abadlıq-2012» MMC-nin direktoru və mühasibinin qanunsuz əməllərinə dair istintaqı aparılan cinayət işi yekunlaşıb.
Ağdaş rayon prokurorluğundan bildirilib ki, istintaqla, sədr Rəşad Səmədovun bələdiyyəyə ayrılmış pul vəsaitinin 207 min manat hissəsini MMC-nin direktoru Əli Cəbiyev və mühasibi İsmət Abdulkərimovla qabaqcadan əlbir olan bir qrup şəxs halında mənimsəmə və israf etmə yolu ilə talamasına, tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməsinə, qulluq mövqeyindən istifadə edərək kənd ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində özbaşına tikinti işləri aparmasına, bələdiyyənin qanunla qorunan mənafelərinə mühüm zərər vurmasına əsaslı şübhələr müəyyən edilib.
Eyni zamanda, istintaqla MMC-nin direktoru Əli Cəbiyevin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən vahid niyyətlə xeyli sayda işçiləri işlərin yerinə yetirilməsinə cəlb etməsinə əsaslı şübhələr müəyyən edilib.
Rəşad Səmədov Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 188.4.2 (öz qulluq mövqeyindən istifadə etməklə torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma), 309.1 (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri, Əli Cəbiyev 162-1.1 (əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işçilərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi), 179.3.2, 188.4.2 və 313-cü maddələri, İsmət Abdulkərimov isə 179.3.2 və 313-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib.
Həmçinin, Əli Cəbiyevin rəhbəri olduğu hüquqi şəxsin xeyrinə vəzifə saxtakarlığı cinayətini törətməsi müəyyən edildiyindən MMC barəsində Cinayət Məcəlləsinin 313-cü maddəsinə münasibətdə cinayət-hüquqi tədbirlərin tətbiq edilməsinə dair icraat başlanıb.
Cinayət işinin istintaqı zamanı təqsirləndirilən şəxslər tərəfindən vurulmuş maddi ziyanın 65 min manatı ödənilib, eləcə də, maddi ziyanın qalan hissəsinin ödənilməsini təmin etmək məqsədilə təqsirləndirilən şəxslərə məxsus 160 min manatdan artıq dəyərdə əmlaklar üzərinə həbs qoyulub.
İş üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
18:40 / 06 Sentyabr 2026
1
18:15 / 06 Sentyabr 2026
24
15:39 / 06 Sentyabr 2026
1083
14:35 / 06 Sentyabr 2026
82
14:16 / 06 Sentyabr 2026
85
14:14 / 06 Sentyabr 2026
77
14:00 / 06 Sentyabr 2026
81
13:25 / 06 Sentyabr 2026
79
12:50 / 06 Sentyabr 2026
94
12:45 / 06 Sentyabr 2026
82
12:42 / 06 Sentyabr 2026
939
12:14 / 06 Sentyabr 2026
101
12:10 / 06 Sentyabr 2026
86
12:05 / 06 Sentyabr 2026
99
12:00 / 06 Sentyabr 2026
87
12:00 / 06 Sentyabr 2026
93
11:49 / 06 Sentyabr 2026
94
11:33 / 06 Sentyabr 2026
591
11:29 / 06 Sentyabr 2026
94
10:55 / 06 Sentyabr 2026
300
10:49 / 06 Sentyabr 2026
92
10:42 / 06 Sentyabr 2026
79
10:39 / 06 Sentyabr 2026
86
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.