Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanda dəhşət: 18 yaşlı hamilə qız zəhər içdi

2019-04/1555225025_165cb2b671a5ca8.jpg

KRİMİNAL

1337

14.04.2019, 10:56

\"\"  Zaqatalada hamilə qadın kimyəvi maddədən zəhərlənib.
ONA-nın şimal-qərb bürosunun məlumatına görə, aprelin 13-ü axşam saat 22 radələrində Zaqatala şəhəri, Azərbaycan prospektində yaşayan 2001-ci il təvəllüdlü Zeynəb Hüseyn qızı Əliyeva zəhərlənmə əlamətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə daxil olub. Tibb müəssisindən ONA-ya bildirilib ki, müayinə zamanı 6 aylıq hamilə olan 18 yaşlı Z. Əliyeva kimyavi maddə olan civə içdiyini bildirib. Z. Əliyevaya ağır metalın toksiki təsiri diaqnozu qoyulub, müalicəsi reanimasiya şöbəsində davam etdirlir. Faktla bağlı araşdırma aparılır.