Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanda dəhşətli qətl!Qadını öldürüb çaya atdılar,meyiti sudan çıxaran sürücü bıçaqlandı

2019-04/1555221579_bicaq_24776576.jpg

KRİMİNAL

1416

14.04.2019, 09:59

\"\"  Ötən gün axşam saatlarında İmişli şəhərində qətl hadisəsi baş verib.
Report”un Aran bürosunun məlumatına görə, rayonun 1990-cı il təvəllüdlü Ölcələr kənd sakini Məmmədova Vahidə Mahmud qızı qətlə yetirilərək Araz çayı sahilinə atılıb. Daha sonra meyiti morqa gətirən 1994-cü il təvəllüdlü Qulubəyli kənd sakini Surxayzadə Anar Füzuli oğlu da bıçaqlanıb. İlkin məlumata görə, qadını rayonun Qulubəyli kənd sakini, 1994-cü il təvəllüdlü Seyidov Orman Nəriman oğlu qətlə yetirib. Meyiti gətirən sürücü A.Surxayzadəni isə qətlə yetirilmiş qadının əri Məmmədov Ümidvar Mustafa oğlu bıçaqlayıb. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.