Qaynar xətt:

(+99450) 247 90 86

Bakı-Quba yolunda “BMW X5” aşdı - 2 nəfər öldü

Bakı-Quba yolunda “BMW X5” aşdı - 2 nəfər öldü

KRİMİNAL

385

05.10.2024, 11:07

Bakı-Quba yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

OXU24.COM  xəbər verir ki, hadisə Yaşma qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, sürücünün idarəetməsindən qəfil çıxan “BMW X5” markalı avtomobil yolun kənarına aşıb.

Qəza nəticəsində 49 yaşlı sürücü Rövşən Salmanov və 32 yaşlı sərnişini Türkanə Şükürzadə vəfat edib. 2 sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.