Qaynar xətt:

(+99450) 247 90 86

Həyətində narkotik yetişdirirmiş - FOTOLAR

Həyətində narkotik yetişdirirmiş - FOTOLAR

KRİMİNAL

236

03.10.2024, 11:28

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri zamanı əvvəllər narkotiklərin qanunsuz dövriyyəsinə görə məhkum olunmuş 57 yaşlı Əlövsət Cavadov saxlanılıb. 

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, onun yaşadığı ünvana keçirilən baxış zamanı həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirdiyi 22 ədəd çətənə kolu və 1 kiloqramdan artıq marixuana aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, Ə.Cavadov barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar aparılır.