4 yaşlı uşaq 3-cü mərtəbədən yıxıldı - Vəziyyəti ağırdır
06 Sentyabr 2026, 21:10
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
320
02.10.2024, 13:26
Naftalan şəhərində oğurluq edərək ölkə ərazisindən qaçan şəxs Rusiya Federasiyasında saxlanılıb.
Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, İnterpol”un Milli Mərkəzi Bürosu və Naftalan Şəhər Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri tədbirlər nəticəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə axtarışda olan Naftalan şəhər sakini Arif Vəliyev Rusiya Federasiyasında tutularaq Azərbaycana gətirilib.
Qeyd edilib ki, 2023-cü ilin sentyabr ayında Naftalan Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakininə məxsus mənzilə qeyri-qanuni yolla daxil olaraq oradan oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb. Keçirilən tədbirlər nəticəsində müəyyən edilib ki, Elvin Əhmədli, Hikmət Məmişov və Arif Vəliyev bir araya gələrək E. Əhmədlinin yaxın qohumunun mənzilindən oğurluq etmələri barədə razılığa gəliblər. Mənzil sahibinin ad günüdə E. Əhmədli mənzilin açarını qeyri-qanuni yolla ələ keçirərək A. Vəliyevə verib və sonuncu mənzilə daxil olaraq oradan 60 min manat nağd pul, 20 min manat dəyərində qızıl-zinət əşyalarını oğurlayıb. Cinayət hadisəsini törətdikdən sonra A. Vəliyev H. Məmişovla birlikdə əldə etdikləri puldan bir qədər götürüb qalan hissəsini isə qardaşı Rasiv Məmmədzadəyə verərək saxlamasını istəyib.
Faktla bağlı cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

00:42 / 07 Sentyabr 2026
15
23:52 / 06 Sentyabr 2026
131
23:31 / 06 Sentyabr 2026
62
23:02 / 06 Sentyabr 2026
112
22:35 / 06 Sentyabr 2026
71
22:00 / 06 Sentyabr 2026
86
21:24 / 06 Sentyabr 2026
80
21:14 / 06 Sentyabr 2026
66
21:10 / 06 Sentyabr 2026
70
21:00 / 06 Sentyabr 2026
113
20:32 / 06 Sentyabr 2026
66
20:25 / 06 Sentyabr 2026
91
20:15 / 06 Sentyabr 2026
76
19:58 / 06 Sentyabr 2026
69
19:44 / 06 Sentyabr 2026
97
18:50 / 06 Sentyabr 2026
84
18:40 / 06 Sentyabr 2026
88
18:15 / 06 Sentyabr 2026
100
15:39 / 06 Sentyabr 2026
1737
14:35 / 06 Sentyabr 2026
98
14:16 / 06 Sentyabr 2026
107
14:14 / 06 Sentyabr 2026
92
14:00 / 06 Sentyabr 2026
96
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.